Media

Bu il dünyada 70-dən çox jurnalist öldürülüb

Bu il dünyada 70-dən çox jurnalist öldürülüb
2Noyabr 202213:41

Bu il dünyada 70-dən çox jurnalist peşə fəaliyyətini yerinə yetirərkən öldürülüb.

Azlist.az xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreş tviter hesabında yazıb. 

Baş katib bildirib ki, media nümayəndələrinə qarşı törədilən cinayətlərin üstü açılmalıdır: “Biz cəzasızlığa son qoymalı və jurnalistlərə öz vacib işlərini yerinə yetirməyə imkan verməliyik”.

Azərbaycan Xarici İşlər Nazirliyi tviterdə bildirib ki, Emənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 9 azərbaycanlı jurnalist şəhid olub.

Qeyd edilib ki, bununla bağlı ədalət təmin olunmalıdır.