Dünya

Donald Tramp ABŞ-ın yeni prezidenti SEÇİLDİ

Donald Tramp ABŞ-ın yeni prezidenti SEÇİLDİ
6Noyabr 202414:51

ABŞ-ın növbəti prezidenti Donald Tramp olacaq.

Azlist.az xəbər verir ki, açıqlanan ilkin nəticələrə görə, Tramp rəqibi, demokratların namizədi Kamala Harrisi qabaqlayıb.

Tramp özü də qələbəsini elan edərək deyib: "Bu, Amerika xalqı üçün möhtəşəm qələbədir və bu, bizə Amerikanı yenidən möhtəşəm etməyə imkan verəcək" .

ABŞ-da keçirilən prezident seçkiləri bütün dünyada maraqla izlənir.

Respublikaçılar Partiyasından Donal Tramp 2017-21-ci illər arası bir dəfə prezident olub.

Bu, onun üçüncü namizədliyi idi. Tramp 2020-ci ildə keçirilmiş seçkidə Co Baydenə uduzmuşdu. 

Donald Tramp Floridada tərəfdarları qarşısında çıxış edərkən Ukrayna da daxil olmaqla bütün müharibələrə son qoyacağını bildirib.

Xatırladaq ki, 5 noyabr seçkisində respublikaçı Donald Tramp qələbə üçün lazım olan seçici səslərinin sayını (270) toplayıb və ABŞ-ın 47-ci prezidenti seçilib. 

Bu qələbə onu Qrover Klivlenddən sonra fasilələrlə ikinci müddətə qalib gələn ilk prezident edib.