Dünya
Azərbaycanla əlaqə qura bilmiriksə, günah bizdədir! - Pezeşkian

İran Prezidenti Məsud Pezeşkian Zəncan səfəri zamanı Azərbaycanla münasibətlərə dair iddialara münasibət bildirib.
Azlist.az xəbər verir ki, Pezeşkian bu yaxınlarda Bakıya səfəri ilə bağlı tənqidlərə sərt reaksiya verib.
"Azərbaycan bizə doğmadır! Necə olur ki, mən ora gedib heç bir razılaşma əldə edə bilməyim? Biz əlaqə qura bilmirik, amma İsrail bunu bacarır? Bacı-qardaşlarımızla düzgün və mehriban münasibət qura bilməməyimizdə problemin harada olduğunu görməliyik", - deyə İran prezidenti bildirib.
O əlavə edib ki, əgər iki qonşu ölkə arasında münasibət qurulmursa, bunun məsuliyyəti İran tərəfinin üzərindədir:
"Əlaqə yaradılmayıbsa, günah bizdədir".