Dünya

Tram-Putin görüşü: atəşkəs sazişi imzalanmadı

Tram-Putin görüşü: atəşkəs sazişi imzalanmadı
16Avqust 202508:00

Avqustun 15-də ABŞ-ın Alyaska ştatındakı Ankoric şəhərində Amerila lideri Donald Tramla Rusiya lideri Vladimir Putin arasında görüş keçirilib. Görüşdə əsas müzakirə mövzusu Rusiya-Ukrayna müharibəsi olub.

Azlist.az xarici KİV-ə istinadən xəbər verir ki, görüşdə Rusiya tərəfdən xarici işlər naziri Sergey Lavrov və Prezidentin müşaviri Yuri Uşakov iştirak edib. Donald Trampa isə onun xüsusi elçisi Stiv Uitkoff və Dövlət katibi Marko Rubio qoşulub.

Tramp-Putin sammiti üç saat davam edib. Liderlər görüşdən sonra qısa açıqlamalar veriblər, lakin atəşkəs və sülh sazişi elan etmədən ayrılıblar.

“İki ölkə lideri arasında çox isti görüş oldu”, - bu sözləri ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə görüşdən sonra “Fox News”a müsahibəsində deyib. O bildirib ki, tərəflər bir çox məsələdə razılığa gəliblər.

“Bizim bura kimi gəlib çıxmağımız çox yaxşıdır. Düşünürəm ki, biz razılaşmaya çox yaxınıq”.

"Danışıqlarımız qarşılıqlı hörmət və konstruktiv atmosferdə keçdi. Onlar çox əsaslı və faydalı oldu", - deyə Putin görüşdən sonra qeyd edib.

Danışıqlarda nəyin razılaşdırıldığı bəlli deyil. Tramp iki tərəfin "əhəmiyyətli irəliləyiş" əldə etdiyini söyləyib, lakin heç bir detal təqdim etməyib.

"Biz ora çatmamışıq, lakin ora çatmaq üçün çox yaxşı şansımız var", - o söyləyib. Tramp Putinə üz tutaraq, “yəqin ki, tezliklə yenidən görüşəcəyik” deyib.

“Növbəti dəfə Moskvada”,- deyə Putin ona cavab verib.

Putinin deyib ki, Tramp hakimiyyətdə olsaydı, Ukrayna ilə müharibə baş verməyəcəkdi.

NBC News-un məlumatında deyilir ki, “Tramp sammitin əvvəlində şən görünürdü, lakin sonunda o, bədbinləşmişdi”.