Dünya
Azərbaycandan uçan Türkiyə təyyarəsi qəzaya uğradı - 20 ŞƏHİD
Noyabrın 11-də Azərbaycandan qayıdan Türkiyəyə məxsus C-130 hərbi yük təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb.
Azlist.az xəbər verir ki, rəsmi məlumata görə, təyyarədə olan 20 hərbçinin hamısı şəhid olub.
Qəzadan dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğana başsağlığı verib, daha sonra iki lider arasında telefon danışığı olub.
Hadisənin səbəbləri araşdırılır.
Türkiyə Milli Müdafiə Nazirliyi C-130 tipli hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində şəhid olan 20 türk hərbçisinin adları və fotoları ictimaiyyətə təqdim edib.