Media
Əməkdar jurnalist Nurani vəfat edib
Əməkdar jurnalist, Minval.az saytının redaktoru Tofiqəxanım Qasımova (Nurani) uzunsürən xəstəlikdən sonra müalicə aldığı xəstəxanada vəfat edib.
Azlist.az xəbər verir ki, bu barədə onun iş yoldaşları məlumat yayıblar.
Qeyd edək ki, 56 yaşlı jurnalistin səhhəti iyul ayının ortalarında pisləşmiş və o, komaya düşmüşdü.
Mərhumla vida mərasimi Təzə Pir məscidində keçirilib.
Nuraninin nəşi Yasamal qəbiristanlığında dəfn olunub.