Media

Rusiya “sülhməramlıları” azərbaycanlı jurnalistləri Xocalıya buraxmadılar

Rusiya “sülhməramlıları” azərbaycanlı jurnalistləri Xocalıya buraxmadılar
7Dekabr 202215:34

Qarabağdakı Rusiya “sülhməramlıları” Azərbaycanın media nümayəndələrinin (İTV, "Real" TV) Xocalıya keçməsinə, bununla da ölkə ərazisində peşə fəaliyyəti borcunu yerinə yetirməsinə maneə törədib.

Azlist.az xəbər verir ki, bu barədə İctimai Televiziyanın (İTV) məlumatında bildirilib.
Nəticədə jurnalistlərlə sülhməramlılar arasında mübahisə düşüb.

Jurnalistlər onlara nə qədər izah etməyə çalışsa da, Rusiya “sülhməramlı” qüvvələrinin komandanı general-mayor Andrey Volkovdan göstəriş almış hərbçilər onları Xocalıya buraxmaq istəməyib.

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət qrup Qarabağda Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi ərazilərdə ekoloji monitorinqlərinin aparılması üzrə danışıqların ikinci mərhələsinin keçirilməsini planlaşdırır. Bununla bağlı nümayəndə heyəti Xocalı rayonuna yola düşüb. Lakin Rusiya “sülhməramlıları” Qarabağ ərazisində müvəqqəti quraşdırdığı postlardan azərbaycanlı jurnalistləri buraxmayıblar.