Biz Şərqdə, düşmən Qərbdədir - Hərbi ÜSTÜNLÜYÜMÜZ
Həmid Herisçi
44 günlük müharibə zamanı bizim əsas, həlledici üstünlüyümüz Şərqdəki, yəni gündoğandakı mövqeylərimiz idi.
Düşmən isə Qərbdəydi.
İti günəş şüaları, ermənilərin gözünü qamaşdırır, bulandırıb yaşardırdı.
Optik effektli bu vaxt kəsiyi, 27 sentyabr saat 6:00-dan 9-a qədər davam etdi.
Düşmən snayperləri, havadan müdafiə sistemləri kor toyuq kimi başlarını itirmişdilər.
Əməliyyat sahəsi, qismən, nəzarətlərindən çıxmışdı.
Vaxtilə, 1071-ci ildə oxşar fəndi Səlcuq hökmdarı Alp Arslan Malazgird döyüşü zamanı Bizans imperatoru Dioqenə qarşı işlətmişdi.
Özü, əvvəlcə Şərqdə, gündoğanda ağ çadırını qurur.
Şərqdən vuran Günəş şüaları bizanslıların gözlərini qamaşdırınca, bilir məqamdı, fürsəti əldən buraxmaq olmaz.
“Ya Allah!” deyib, qılıncını qınından sıyırır, düşmən üzərinə şığıyır.
Napaleon Bonapart, özünün Misir kampaniyası vaxtı, bu türk hərbi fəndini yaxşı mənimsəyərək, sonradan Avropa döyüş müydançalarında ondan dəfələrlə uğurla istifadə etmişdi.
Napaleon da, qədim türklər, hunlar kimi, həmişə Şərqdən Qərbə hücum edirdi. Artileriyasını həmişə bu coğrafi mövqelərdə yerləşdirərdi.
Özü də, Günəş şüaları düşmən gözlərini qamaşdırdığı vaxtı güdürdü həmişə.
Düşmən gözü qamaşınca, təbillər səslənir, zurnalar guruldayır, toplar nərildəyir, əskərlər hücuma cumurdular.
Yeniçeri ordusu da həmişə bax bu hərbi taktikası ilə seçilib.
Mövqelərimiz indi də, düşmənimizə baxsaz, Şərqdədi. Bu üstünlüyü təbiət özü verib bizə.
Bir də, həə... Atilla, Alp Arslan, Nadir şah, Şah İsmayıl kimi hərbi sərkərdələrimiz…
Ənənə davam edir.
44 günlük müharibə zamanı biz bu coğrafi üstünlüyümüzdən lazımınca yararlanıdıq.
İndi də, bu taktiki üstünlük yenə də əsgər və zabitlərimizdədir.