Media
Teleaparıcı nazirlikdə müşavir təyin olunub

Mədəniyyət nazirinin birinci müavini, nazir səlahiyyətlərini icra edən Adil Kərimlinin müvafiq əmri ilə Oleq Arnoldoviç Əmirbəyli müşavir vəzifəsinə təyin olunub.
Azlist.az-ın məlumatına görə, Oleq Əmirbəyov əvvəllər AzTV, Mədəniyyət və “Mir” telekanallarında aparıcı işləyib.
2010-cu ildən həm də aktyor olaraq Azərbaycan Dövlət Rus Dram Teatrında çalışan Oleq Əmirbəyli Azərbaycanın əməkdar artistidir.