Media

Teleaparıcı nazirlikdə müşavir təyin olunub  

Teleaparıcı nazirlikdə müşavir təyin olunub  
1Mart 202311:37

Mədəniyyət nazirinin birinci müavini, nazir səlahiyyətlərini icra edən Adil Kərimlinin müvafiq əmri ilə Oleq Arnoldoviç Əmirbəyli müşavir vəzifəsinə təyin olunub.

Azlist.az-ın məlumatına görə, Oleq Əmirbəyov əvvəllər AzTV, Mədəniyyət və “Mir” telekanallarında aparıcı işləyib.

2010-cu ildən həm də aktyor olaraq Azərbaycan Dövlət Rus Dram Teatrında çalışan Oleq Əmirbəyli Azərbaycanın əməkdar artistidir.