Media

Penitensiar Xidmətin mətbuat katibi vəfat etdi

Penitensiar Xidmətin mətbuat katibi vəfat etdi
12Mart 202314:00

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin mətbuat katibi Mehman Sadıqov vəfat edib.

Azlist.az xəbər verir ki, Mehman Sadıqov bu gün səhər saatlarında ürəktutmasından dünyasını dəyişib.

Ədliyyə Nazirliyindən 59 yaşlı mətbuat katibi ilə bağlı xəbəri təsdiqləyiblər.

Polkovnik Mehman Sadıqov əvvəllər Penitensiar Xidmətin "Cəmiyyət və cəza" ictimai-siyasi, elmi-təcrübi jurnalının baş redaktoru - şöbə rəisi vəzifəsində çalışıb.