Media

Mətbuat Şurasının yeni strukturu formalaşdırıldı

Mətbuat Şurasının yeni strukturu formalaşdırıldı
4Oktyabr 202221:17

Oktyabrın 4-də Azərbaycan Mətbuat Şurasının (MŞ) yeni seçilmiş İdarə Heyətinin ilk iclası keçirilib.

Azlist.az xəbər verir ki, toplantını giriş sözü ilə MŞ sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid açaraq Şuranın İdarə Heyətinin Azərbaycan jurnalistlərinin VIII qurultayında seçilmiş üzvlərinə təbriklərini çatdırıb, onlara qarşıdakı fəaliyyətlərində uğurlar arzulayıb. 

R.Məcid Şuranı yeni dövrün çağırışlarına uyğun daha dinamik fəaliyyət dövrünün gözlədiyini vurğulayıb, İdarə Heyətinin hər bir üzvünün ümumi işə fayda verəcəyinə əminliyini ifadə edib.

Bundan sonra MŞ-nin strukturlarını formalaşdırılıb. İH-nin ictimaiyyət təmsilçilərindən olan üzvü Bakı Dövlət Universitetinin dekanı, professor Vüqar Zifəroğlu, jurnalistlərdən olan üzvü ATV prezidentinin müşaviri Səadət Məmmədova MŞ sədrinin müavinləri seçiliblər.  

 ***

R.Məcid MŞ-nin icraçı katibi vəzifəsinə hazırda Şurada monitorinq qrupunun rəhbəri olaraq fəaliyyət göstərən Əvəz Rüstəmovun namizədliyini irəli sürüb. Təklif İH üzvləri tərəfindən məqbul qiymətləndirilib. 

*** 

İclasda Mətbuat Şurasının Nəzarət-Təftiş Komissiyasının (NTK) 29 sentyabr 2022-ci il tarixli toplantısının qərarı təsdiqlənib. Qərara əsasən “Qazilər.az” saytının baş redaktoru Rey Kərimoğlu NTK-nın sədri, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Nadir Azəri isə qurumun katibi olaraq müəyyənləşib. 

*** 

Gündəlikdəki ikinci məsələ MŞ-nin komissiyalarının tərkibinin müəyyənləşdirilməsi olub. Əvvəlcə Şikayətlər üzrə Komissiyanın tərkibi təsdiqlənib. Sədr MŞ-nin sədr müavini Vüqar Zifəroğlu olmaqla İH üzvlərindən “Bayraqdar.info” saytının baş redaktoru Azər Həsrətin, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevin, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlının, Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlunun, “Azxeber.com” saytının baş redaktoru Hacıbəy Heydərlinin, “Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları” İctimai Birliyinin sədr müavini Bəhruz Məmmədzadənin Komissiyada təmsilçilikləri təsdiqlənib. 

R.Məcid məlumat verib ki, Azərbaycan jurnalistlərinin VIII qurultayında MŞ-də yeni Etika Komissiyası yaradıldı. Bu qurumun başlıca missiyası ümumən informasiya məkanımızda etik prinsiplərin qorunması ilə bağlı tendensiyaları izləməkdən, mövcud istiqamətdə müzakirələrin təşkilindən ibarət olacaqdır. Komissiyanın fəaliyyətinə media müstəvisindəki neqativ təmayüllərə operativ reaksiya vermək də daxildir. İclasda İH üzvü, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmlinin Etika Komissiyasına sədrliyi üzərində dayanılıb. Sədr Qulu Məhərrəmli olmaqla İH üzvlərindən “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşovun, APA Holdinqin rəhbəri Vüsalə Mahirqızının, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun və “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayevin qurumun tərkibində təmsil olunmaları məqbul qiymətləndirilib. 

MŞ-nin Beynəlxalq əlaqələr Komissiyasının tərkibinə gəldikdə isə, İdarə Heyətinin üzvü Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərlinin komissiyaya sədrliyi məqbul qiymətləndirilib. Komissiyanın tərkibinə Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, Azər Həsrət, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər, “Modern” Media Qrupunun rəhbəri Elşad Eyvazlı, “Technote” Media Şirkətinin rəhbəri Fərid Pərdəşünas və Gənc Demokratlar İnstitutunun rəhbəri Yeganə Hacıyeva daxil ediliblər. 

MŞ sədri R.Məcid Şuranın Media ilə dövlət qurumları arasında kommunikasiya üzrə Daimi Komissiyasının da mühüm praktik əhəmiyyət daşıdığını vurğulayıb. O, komissiyanın tərkibində Baş Prokurorluğun, Daxili İşlər, Ədliyyə Nazirliklərinin, həmçinin Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının təmsil olunduqlarını diqqətə çatdırıb. Müzakirələrdən sonra İH üzvü, “Modern” Media Qrupunun rəhbəri Elşad Eyvazlının komissiyaya sədrliyi təsdiqlənib. 

 

 

Müəllifin digər yazıları

Media Reyestri fəaliyyətə başladı

Media Reyestri fəaliyyətə başladı

Media Reyestri fəaliyyətə başlayıb. 

Azlist.az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi (MEDİA) məlumat yayıb. 

Qeyd edilib ki, Prezident İlham Əliyevin “Media haqqında” Qanunun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə” Fə

Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi - SİYAHI

Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi - SİYAHI

Azərbaycan jurnalistlərinin VIII qurultayında Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb.

 

Səsvermə yolu ilə formalaşdırılan İdarə Heyətinin tərkibinə 23 nəfər daxildir.

 

MŞ İdarə Heyətinin jurnalistlər arasından seçilən üzvləri aşağıdakılard