Media

Günaz.TV-nin təsisçisi Əhməd Obalını kimlər DÖYÜB?

Günaz.TV-nin təsisçisi Əhməd Obalını kimlər DÖYÜB?
22May 202310:07

Güney Azərbaycan Televiziyasının (Günaz.TV) təsisçisi və rəhbəri, Amerika Birləşmiş Ştatlarında (ABŞ) mühacir həyatı yaşayan, güneyli milli fəal Əhməd Obalı ABŞ-də vəhşicəsinə döyülüb.

Azlist.az xəbər verir ki, bunu Günaz.TV-nin Bakı ofsinin rəhbəri Araz Obalı deyib.

“Əhməd bəy Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında hoteldə sayı bilinməyən şəxslərin terror hücumuna məruz qalıb.

Hal-hazırda durumu orta ağırdır.

Hücum nəticəsində Əhməd Obalının bütün bədəni ciddi zədə alıb, özəlliklə boynu, sağ əlinin bütün barmaqları sındırılıb, gözləri ciddi zərbə alıb.

Qollarını və ayaqlarını hiss etmir. İnşallah, ayağa qalxandan sonra hadisə ilə bağlı detallı bilgiləri özündən eşidəcəyik”. 

Araz Obalı bildirib ki, hadisə ilə bağlı araşdırma davam edir. 

“Polis hücumu həyata keçirənlərin həbs olunduğunu bildirib. Ancaq onların sayı məlum deyil”-deyə, Araz Obalı bildirib.