Yazar

Yazıb ki, sən özün də bar qızının tayısan...

Yazıb ki, sən özün də bar qızının tayısan...
2İyun 202313:58

Seymur Verdizadə

Rusiya Ukraynaya təcavüz edəndə, qəhrəman ukraynalılar Zelenskinin rəhbərliyi altında düşmənə müqavimət göstərəndə bir məqalə yazmışdım. Nə olsun ki, üstündən 15 ay keçib? Axı biz internet əsrində yaşayırıq. İnformasiya texnologiyalarının köməyilə həmin yazını axtarıb tapdım. Başlıq belə idi: “Zelenski rus tanklarının lüləsindən öpməliydi?..” 

Həmin yazıda rus işğalını pisləmiş, ukraynalıların müqavimətini dəstəkləmişdim. 

Üstündən 1 il 3 ay vaxt keçməsinə baxmayın, yaxşı xatırlayıram. Bu məqalə sosial şəbəkələrdə geniş müzakirə olunmuşdu. Ən böyük səhifələrdə, qruplarda yüzlərlə rəy yazılmışdı. Çoxluq mövqeyimi bölüşürdü, yazını təqdir edirdi. Amma mətni deyil, məqalənin başlığını oxuyub şərh yazanlar da az deyildi. Hətta çoxu sərlövhədəki sual işarəsinin də fərqinə varmamışdı. Məni o qədər söyən, kin, nifrət püskürən vardı ki...

Bir şərh indiyə kimi yadımdadır: "Zelenski niyə rus tanklarının lüləsindən öpməlidir? Sən get, Putinin yumşaq yerindən öp". 

Hələ bu ən "mədəni” şərh idi...

Biz jurnalistlər bu cür vəziyyətlə tez-tez qarşılaşırıq. Başlığı oxuyub klaviaturaya güc verirlər. Söyüşün, təhqirin biri bir qəpik olur. Yaşlı atasına bir cüt corab almayanlar kompüter qarşısında ata təəssübkeşinə, qoca anasının pensiyasını arağa xərcləyənlər qədirbilən oğula çevrilirlər. "Keçi" şeirinin iki misrasını bilməyənlər isə 40 ilin jurnalistinə "dərs" keçirlər...

Dünən yenə söyülən günümüz idi...

Günümüzə bax də! 

Oxumayanlar üçün qısa izahat vermək istəyirəm: Dünən azərbaycanlı iş adamının Razi Əliyeva adlı modelə 230 min manatlıq maşın, şəhərin mərkəzində bahalı ev almasından yazmışdım. Sabirin, Mirzə Cəlilin bulağından bir-iki qurtum su içdiyim üçün guya maarifçiliklə məşğul olmaq istəmişdim. Məqalənin sərlövhəsi belə idi: "Bar qızları evdar qızlardan hörmətli olub..."

Başlıqdakı ironiyanı tutmamaq üçün insan gərək debil olsun.

Bu ölkədə o qədər debil var ki!. 

Yenə yüzlərlə şərh yazıldı. Yenə beyinsiz adamlar ağzını açıb, gözünü yumdu. Yenə söyüşün biri bir qəpik idi..

Əlbəttə, hamı söymürdü, çoxu öyürdü. Amma bu cür ədalətli mövqeyə görə müəllifi hətta bir nəfər söyürsə, bunun özü də faciədir. 

Onların sayı isə bir deyil, daha çox idi... 

Biz məsciddə qabırğası sındırılan Seyid Əzimdən artıq deyilik. Heç Mirzə Cəlilin, böyük Sabirin əlinə su tökməyə də layiq deyilik. Öz yağımızda qovurulub gedirik. Nə qədər ağır olsa da, qulağımız bu cür təhqirləri çox eşidib...

Başlığa görə dünənki məqaləmə yazılan şərhlərin birini paylaşım, söhbətə nöqtə qoyaq: "Bar qızına hörmət edən jurnalistin özü də elə o səviyyənin sahibidir. Ay ..., sən bar qızı alarsan? Sən özün də bar qızının tayısan...". 

İndi bildinizmi, Sabir niyə 49 yaşında ölüb? 

Sabiri çərlədib öldürənlərin nəvə-nəticəsi bu gün də bizim ömrümüzə qənim kəsilib. Nəinki yazmağa, hətta yaşamağa da imkan vermirlər... 

Müəllifin digər yazıları

Qucaqdan düşməyən müğənnilər...

Qucaqdan düşməyən müğənnilər...

Əvvəllər atalar valideynlərinin yanında azyaşlı övladlarını qucaqlarına almazdılar ki, camaat nə deyər?!

Camaat dedikləri el-oba, kənd-kəsək idi. Böyüyə hörmət, kiçiyə məhəbbət vardı. Heç kim böyüklərin yanında əndazəni aşmaq istəmirdi... 

Deyib ki, Qarabağa qayıtmayacağıq. Qayıdanın...

Deyib ki, Qarabağa qayıtmayacağıq. Qayıdanın...

Seymur VERDİZADƏ Arvadının tumanını geyinib min bir hilə ilə "Laçın" postundan keçərək İrəvana sığınan separatçı dəyyus Samvel Babayan Azərbaycanın qarşısında şərt qoyub: "Muxtariyyət verilməsə, geri qayıtmayacağıq".

Deyəsən, humanistliyimiz bu əclafı aldadıb.

Bu gün qəlyan çəkən sabah nəşə çəkər...

Bu gün qəlyan çəkən sabah nəşə çəkər...

Seymur Verdizadə Məşhur lətifəni eşitmisiniz?  Eşitməyənlər üçün yazıram: Qısqanc ər həyat yoldaşını döymək üçün hər gün müxtəlif bəhanələr uydurur. 

Döyülməkdən bir dəri, bir sümük qalan zavallı qadın ərinin bəhanələrini aradan q

Yaş 70-ə çatan kimi deyirlər, niyə ölmürsən... 

Yaş 70-ə çatan kimi deyirlər, niyə ölmürsən... 

Seymur VerdizadəCo Bayden 86 yaşına kimi ABŞ prezidenti olmaq istəyir. 

Bilirsiniz, bu nə deməkdir? 

81 yaşlı Bayden əmi gələn ilin noyabrında birinci prezidentlik müddətini başa vurub ikinci dəfə Ağ Evin "sükanı" arxasına keçmək istəyir. 

Ömrünün

Ramazan qurtardı, mərdimazarlığa başlayaq?! 

Ramazan qurtardı, mərdimazarlığa başlayaq?! 

Seymur VerdizadəAllahın lütfü sayəsində müqəddəs Ramazan ayını geridə qoyduq. Ümid edirəm ki, bu bir ayın xatirinə Uca Allah günhalarımızı bağışlayıb öz hidayətini bzidən əsirgəməz... 

Kaş, Ramazan bir yox, bir neçə ay davam edəydi. Ona görə yox ki, milyonlarla