Media
Jurnalist Zülfüqar Hüseynzadə vəfat etdi
“Moderator” saytının rəhbəri, tanınmış jurnalist Zülfüqar Hüseynzadə bu sabah Kəlbəcərdə vəfat edib.
Azlist.az xəbər verir ki, gecəni doğulub-böyüdüyü Kəlbəcərin Başlıbel kəndində keçirən Zülfüqar Hüseynzadənin sabaha yaxın səhhəti qəfil pisləşib.
Qeyd olunub ki, 52 yaşlı jurnalist ürəktutmadan vəfat edib.
Allah rəhmət eləsin!