Yazar

Rəqsanənin əri, Minanın keçmiş əri, xalqın dərd-səri...

Rəqsanənin əri, Minanın keçmiş əri, xalqın dərd-səri...
30Oktyabr 202220:21

Seymur Verdizadə

Qarşımda qorxunc bir statistika var. Mənbə dövlət qurumudur. Dövlət qurumu deyəndə mənim ağlıma hər il büdcədən külli miqdarda vəsait alıb öz əməkdaşlarına maaş və mükafat verən rəsmi strukturlar gəlir. 

Mən ciddi adam olduğum üçün ciddi qurumların məlumatlarına inanıram. Qısası, həmin qurumlardan biri - Dövlət Statistika Komitəsi bizləri qəflət yuxusundan oyadacaq məlumat yayıb. DSK-nın ötən gün yaydığı hesabatdan məlum olur ki, cari ilin 8 ayında Azərbaycanda 10.391 nikah pozulub. Cümlənin bərli-bəzəkli, “ütülü” olmasına baxmayın, məna dəyişmir: “Son 8 ayda Azərbaycanda 10.391 ailə dağılıb”.  

Əvvəllər bu cür statistika ilə qarşılaşanda özümüzə təsəlli verərdik. Məsələn, mən yaşı yaşımdan çox olan qohum-qardaşın, dost-danışın dilindən bu sözləri çox eşitmişəm: “Bir-birini it kimi yeməkdənsə, ayrı yaşamaq yaxşıdır.” 

İndi bu cümlələr kara gəlmir. İndi bu sözlərlə kimisə ovutmaq olmur. Bəlkə də, kiməsə təsəlli vermək, kiminsə başının altına yastıq qoymaq olar. Amma əmin olun, ayğımızın altındakı minaların sayı hər ötən gün artır. Partlayış uzaqda deyil. Onun qəlpələri mütləq bizi də tutacaq... 

Yuxarıda təxminən bu cür yazmışdıq: “Bir-birilərini it kimi tutmaqdansa..” 

Bu ifadə böyüklərimizə, məsləhətlərinə əməl etməyəndə böyürə-böyürə qaldığımız adamlara aid olduğu üçün üzrxahlıq etmədən bu cür rahat işlədirəm. Əslində, mən suyu üfürə-üfürə içən adamam. Yazdığım kimi pozmağı, insanların qəlbini qırmamağı da bacarıram. Amma bu “quru” rəqəmlər gözümü yaşardır. 10.391 ailənin dağılması bilirsiniz nə deməkdir? Bu ən azı 10.391 uşağın valideynlərindən birindən məhrum olması deməkdir. Boşanan elə ailələr var ki, 2, 3, hətta hətta 4 uşaqları var. Bu barədə nəinki yazmaq, hətta düşünmək belə qorxuncdur. 

Son illər Azərbaycanda boşanmaq, öz adı ilə çağırsaq, ailə dağıtmaq dəb olub. Gənclərimizə nə olub? Niyə birinin sözü o birinin boğazından keçmir? Onlar kimin “yolu” ilə gedirlər? 

Bu sualın cavabını tapmaq üçün çox əziyyət çəkmədim. Son 3 gündə portallarda ən çox oxunan xəbər başlıqları belədir: 

“Azərbaycanlı müğənni türk ərindən boşanır”.

“Rəqsanə boşanan qızından danışdı”.

“Ərindən boşanan Mina dayanmır”.

“Əməkdar artist boşanmasının səbəbini açıqladı”. 

"Ayselin keçmiş əri sevgilisinin fotosunu paylaşdı". 

İndi bildinizmi, gənclərimiz kimlərin “yolu” ilə gedir?

Yolunuzda tikan bitsin!

Müəllifin digər yazıları

Qucaqdan düşməyən müğənnilər...

Qucaqdan düşməyən müğənnilər...

Əvvəllər atalar valideynlərinin yanında azyaşlı övladlarını qucaqlarına almazdılar ki, camaat nə deyər?!

Camaat dedikləri el-oba, kənd-kəsək idi. Böyüyə hörmət, kiçiyə məhəbbət vardı. Heç kim böyüklərin yanında əndazəni aşmaq istəmirdi... 

Deyib ki, Qarabağa qayıtmayacağıq. Qayıdanın...

Deyib ki, Qarabağa qayıtmayacağıq. Qayıdanın...

Seymur VERDİZADƏ Arvadının tumanını geyinib min bir hilə ilə "Laçın" postundan keçərək İrəvana sığınan separatçı dəyyus Samvel Babayan Azərbaycanın qarşısında şərt qoyub: "Muxtariyyət verilməsə, geri qayıtmayacağıq".

Deyəsən, humanistliyimiz bu əclafı aldadıb.

Bu gün qəlyan çəkən sabah nəşə çəkər...

Bu gün qəlyan çəkən sabah nəşə çəkər...

Seymur Verdizadə Məşhur lətifəni eşitmisiniz?  Eşitməyənlər üçün yazıram: Qısqanc ər həyat yoldaşını döymək üçün hər gün müxtəlif bəhanələr uydurur. 

Döyülməkdən bir dəri, bir sümük qalan zavallı qadın ərinin bəhanələrini aradan q

Yazıb ki, sən özün də bar qızının tayısan...

Yazıb ki, sən özün də bar qızının tayısan...

Seymur Verdizadə

Rusiya Ukraynaya təcavüz edəndə, qəhrəman ukraynalılar Zelenskinin rəhbərliyi altında düşmənə müqavimət göstərəndə bir məqalə yazmışdım. Nə olsun ki, üstündən 15 ay keçib? Axı biz internet əsrində yaşayırıq. İnformasiya texnologiyalarının köməyilə həmin ya

Yaş 70-ə çatan kimi deyirlər, niyə ölmürsən... 

Yaş 70-ə çatan kimi deyirlər, niyə ölmürsən... 

Seymur VerdizadəCo Bayden 86 yaşına kimi ABŞ prezidenti olmaq istəyir. 

Bilirsiniz, bu nə deməkdir? 

81 yaşlı Bayden əmi gələn ilin noyabrında birinci prezidentlik müddətini başa vurub ikinci dəfə Ağ Evin "sükanı" arxasına keçmək istəyir. 

Ömrünün