Yazar

Ana söyüşünə görə anamızı ağlar qoyaq?

Ana söyüşünə görə anamızı ağlar qoyaq?
10Noyabr 202210:40

Seymur Verdizadə

Qəribə vəziyyət yaranıb: Qonşusunu qətlə yetirən Rəşad Dağlının səhv etdiyini deməyə heç kimin cəsarəti çatmır.

Hərənin öz arqumenti var. Əksəriyyət sosial şəbəkələrdəki çoxluğun qınağından çəkinir. Hamı bilir ki, Rəşadın əleyhinə deyilən söz onun özünə qarşı çevriləcək. Meyxanaçının tərəfdarları həmin adamı "quru yuyub, yaş sərəcəklər". 

Cinayətin motivi bəllidir: Rəşad Dağlı qonşusunu söyüş üstündə öldürüb. İstintaqa verdiyi ifadədə həmin adamı şüurlu şəkildə öldürdüyünü etiraf edib.

Dünən tanınmış meyxana ustaları Ağamirzənin və Namiq Mənanın rəyləri ilə tanış oldum. Hər iki söz adamı deməyə söz tapa bilməmişdi. Loru dildə desək, ikisi də nala- mıxa vurmuşdu. İkisinin də çıxışında bu fikir hakim idi: "Gərək səbrli olaydı".

Söyüşə görə adam öldürmək doğrudurmu? Həmin söyüşü udmaq olmazdımı?

Dünən gün ərzində aparıcı saytlarda, sosial şəbəkələrdə bu sualın cavabını axtardım. Bir nəfər açıq mətnlə demədi ki, yoldan keçən hansısa adamın acı sözünə, biədəb söyüşünə görə gül balaları damın altda tək qoyub türməyə getmək doğru deyil.

Hamı " peysər" çıxarılmaqdan qorxdu.

Biz mədəni səviyyəsi o qədər də yüksək olmayan bir Şərq cəmiyyətində yaşayırıq. Aramızda o qədər axmaq, "alkaş", narkoman, oğru, qatil var ki... Hər gün hansısa birimiz ən biədəb söyüşlərə "qonaq" edilə bilərik. Hətta anasının qədrini bilməyən hansısa heyvərə gözümüzün içinə baxa-baxa anamızı söyə bilər. İndi nə edək? Yaxınlıqdakı qəssab dükanından ən iri bıçağı götürüb həmin adamı qanına qəltan edək? Yoxsa, həmin sözü eşidən- bilən adamların tənəsini qəbul edək?

Ana söyüşünə görə adam öldürüb anamızı ağlar qoyaq?

Yazsam ki, həmin vaxt "lənət şeytana" deyib bir qədər səbrli olaq, lazım gəlsə, özümüzü karlığa, korluğa vuraq, dərhal boynumun arxasından bu sözü yapışdıracaqsınız: "Peysər".

Bunun əksi baş versə, nə deyəcəksiniz?

Yaşı yetmişi haqlamış anamı saatlarla həbsxana qapılarında gözlədəndə, onun pensiyasını "içəridə" "nadzor"lara yedirəndə yaxşı oğlan olacam?

Çətin, çox çətin suallarla qarşı - qarşıyayıq...

Alimin cinayətkar aləmin qanunları ilə oturub - durmağa məcbur olduğu bir cəmiyyətdə nəinki yazmaq, hətta yaşamaq da çətindir. 

Bu ölkədə "içəridəkilər" çöldəkiləri də özləri kimi məhkuma çeviriblər...

Müəllifin digər yazıları

Qucaqdan düşməyən müğənnilər...

Qucaqdan düşməyən müğənnilər...

Əvvəllər atalar valideynlərinin yanında azyaşlı övladlarını qucaqlarına almazdılar ki, camaat nə deyər?!

Camaat dedikləri el-oba, kənd-kəsək idi. Böyüyə hörmət, kiçiyə məhəbbət vardı. Heç kim böyüklərin yanında əndazəni aşmaq istəmirdi... 

Deyib ki, Qarabağa qayıtmayacağıq. Qayıdanın...

Deyib ki, Qarabağa qayıtmayacağıq. Qayıdanın...

Seymur VERDİZADƏ Arvadının tumanını geyinib min bir hilə ilə "Laçın" postundan keçərək İrəvana sığınan separatçı dəyyus Samvel Babayan Azərbaycanın qarşısında şərt qoyub: "Muxtariyyət verilməsə, geri qayıtmayacağıq".

Deyəsən, humanistliyimiz bu əclafı aldadıb.

Bu gün qəlyan çəkən sabah nəşə çəkər...

Bu gün qəlyan çəkən sabah nəşə çəkər...

Seymur Verdizadə Məşhur lətifəni eşitmisiniz?  Eşitməyənlər üçün yazıram: Qısqanc ər həyat yoldaşını döymək üçün hər gün müxtəlif bəhanələr uydurur. 

Döyülməkdən bir dəri, bir sümük qalan zavallı qadın ərinin bəhanələrini aradan q

Yazıb ki, sən özün də bar qızının tayısan...

Yazıb ki, sən özün də bar qızının tayısan...

Seymur Verdizadə

Rusiya Ukraynaya təcavüz edəndə, qəhrəman ukraynalılar Zelenskinin rəhbərliyi altında düşmənə müqavimət göstərəndə bir məqalə yazmışdım. Nə olsun ki, üstündən 15 ay keçib? Axı biz internet əsrində yaşayırıq. İnformasiya texnologiyalarının köməyilə həmin ya

Yaş 70-ə çatan kimi deyirlər, niyə ölmürsən... 

Yaş 70-ə çatan kimi deyirlər, niyə ölmürsən... 

Seymur VerdizadəCo Bayden 86 yaşına kimi ABŞ prezidenti olmaq istəyir. 

Bilirsiniz, bu nə deməkdir? 

81 yaşlı Bayden əmi gələn ilin noyabrında birinci prezidentlik müddətini başa vurub ikinci dəfə Ağ Evin "sükanı" arxasına keçmək istəyir. 

Ömrünün