Yazar

Baban Pyotr gəlsə də, Xocalıya gedəcəyik!

Baban Pyotr gəlsə də, Xocalıya gedəcəyik!
8Dekabr 202223:10

Seymur Verdizadə

Bildiyiniz kimi, təbii ehtiyatların qanunsuz istismarını araşdıran monitorinq qrupu bu dəfə Xocalıya üz tutub. Onlar Xocalıda sülhməramlı libasına bürünmüş kontingentin qərargahında danışqılar aparıblar. 

Azərbaycanlı mütəxəssisləri bir qrup jurnalist müşayiət edib. Təbii ki, belə də olmalıydı. Ermənilərin rusların dəstəyilə sərvətlərimizi talan etdiyini görmək azdır. Bunu həm də çəkib göstərmək lazımdır. Azərbaycan xalqına yox, ha! Dünyaya! O cümlədən, sülhməramlı kontingentin fəaliyyətinə görə cavabdeh olan, birbaşa məsuliyyət daşıyan Rusiya Müdafiə Nazirliyinin rəhbərliyinə. Ki, rus əsgər və zabitlərinin öz missiyalarını necə yerinə yetirdiklərini görsünlər. Bilsinlər ki, onlar sülhməramlı yox, erməniməramlıdır. Nəyin və yaxud nələrinsə müqabilində Azərbaycanın təbii ehtiyatlarının talan edilməsinə göz yumurlar. Təkcə göz yummurlar, hətta buna şərait yaradırlar.

Amma sülhməramlılar buna imkan vermədi. Xocalıya getmək istəyən azərbaycanlı jurnalistlərin yolunu ciddi-cəhdlə, həyasızlıqla bağladılar. Hansı ki, onlar Qarabağa silah-sursat daşıyan separatçıların yolunu bağlamalıydı. Onlar Xankəndini su yoluna döndərən İran vətəndaşlarının yolunu bağlamalıydı. Onlar Avropadan Qarabağa qanunsuz səfər edən erməni lobbisinin pisniyyətli təmsilçilərinin yolunu bağlamalıydı. Bütün bu qanunsuzluqlar baş verəndə gözlərini bağlamışdılar, amma indi azərbaycanlı jurnalistlərin yolunu bağlayırlar...


Ay İvan, sən kimsən ki, mənə öz torpağımda hərəkət etməyə imkan vermirsən? Bu nə hikkə, bu nə həyasızlıqdır?! Hələ utanmadan jurnalisti təxribata da çəkirsən. Görmürsən ki, onlar Xocalıya əllərində mikrofonla gedirlər. Bilmirsən ki, bu ölkədə mikrofon tutmağı da, silah tutmağı da bacaran oğlanlar var? Bilmirsənsə, hər gün evinə gedib-gəldiyin, arvad-uşağı ilə xoş-beş elədiyin ermənilərdən soruş. Onlar əlisilahlı azərbaycanlıları çox görüblər. İndi imkan verin, qoltuğunda portfel, əlində mikrofon olan azərbaycanlıları da görsünlər. Yoxsa, istəyirsiniz ki, siz Ukraynada qırıldığınız kimi onlar da Qarabağda qırılsın?!

Yolumuza ətdən çəpər çəksən də, baban Pyotru qəbirdən çıxarıb gətirsən də, biz Xocalıya gedəcəyik! Bəlkə də sən buna görməyəcəksən. Bəlkə də o vaxt cəhənnəm olub öz ölkənə gedəcəksən...

Müəllifin digər yazıları

Qucaqdan düşməyən müğənnilər...

Qucaqdan düşməyən müğənnilər...

Əvvəllər atalar valideynlərinin yanında azyaşlı övladlarını qucaqlarına almazdılar ki, camaat nə deyər?!

Camaat dedikləri el-oba, kənd-kəsək idi. Böyüyə hörmət, kiçiyə məhəbbət vardı. Heç kim böyüklərin yanında əndazəni aşmaq istəmirdi... 

Deyib ki, Qarabağa qayıtmayacağıq. Qayıdanın...

Deyib ki, Qarabağa qayıtmayacağıq. Qayıdanın...

Seymur VERDİZADƏ Arvadının tumanını geyinib min bir hilə ilə "Laçın" postundan keçərək İrəvana sığınan separatçı dəyyus Samvel Babayan Azərbaycanın qarşısında şərt qoyub: "Muxtariyyət verilməsə, geri qayıtmayacağıq".

Deyəsən, humanistliyimiz bu əclafı aldadıb.

Bu gün qəlyan çəkən sabah nəşə çəkər...

Bu gün qəlyan çəkən sabah nəşə çəkər...

Seymur Verdizadə Məşhur lətifəni eşitmisiniz?  Eşitməyənlər üçün yazıram: Qısqanc ər həyat yoldaşını döymək üçün hər gün müxtəlif bəhanələr uydurur. 

Döyülməkdən bir dəri, bir sümük qalan zavallı qadın ərinin bəhanələrini aradan q

Yazıb ki, sən özün də bar qızının tayısan...

Yazıb ki, sən özün də bar qızının tayısan...

Seymur Verdizadə

Rusiya Ukraynaya təcavüz edəndə, qəhrəman ukraynalılar Zelenskinin rəhbərliyi altında düşmənə müqavimət göstərəndə bir məqalə yazmışdım. Nə olsun ki, üstündən 15 ay keçib? Axı biz internet əsrində yaşayırıq. İnformasiya texnologiyalarının köməyilə həmin ya

Yaş 70-ə çatan kimi deyirlər, niyə ölmürsən... 

Yaş 70-ə çatan kimi deyirlər, niyə ölmürsən... 

Seymur VerdizadəCo Bayden 86 yaşına kimi ABŞ prezidenti olmaq istəyir. 

Bilirsiniz, bu nə deməkdir? 

81 yaşlı Bayden əmi gələn ilin noyabrında birinci prezidentlik müddətini başa vurub ikinci dəfə Ağ Evin "sükanı" arxasına keçmək istəyir. 

Ömrünün