Yazar

Müəllimin burnufırtıqlı uşaqdan üzr istəməsi...

Müəllimin burnufırtıqlı uşaqdan üzr istəməsi...
20Dekabr 202223:08

Seymur Verdizadə

Üç-dörd il əvvəl Bakıda 11-ci sinifdə oxuyan bir neçə şagird 5-ci sinifdə oxuyan uşağı döymüşdü.

Bu hadisə mənə pis təsir etdiyi üçün laqeyd qalmamışdım. Yadımdadır, o vaxt bu mövzuda bir məqalə yazmışdım. Məqalə yazdığım yadımda qalsa da, nə yazdığım yadımda deyil. İndi kompüterin qarşısında fikrə dalanda, çətinliklə də olsa, həmin yazıdan bir cümləni xatırlaya bildim: "Mənim oğlum bu hərəkəti etsəydi, utandığımdan ölüb yerin dibinə girərdim".

Biz uşaqlarımızın axmaq hərəkətlərinə görə utanmadığımız üçün onlar daha böyük axmaqlıqlar etməyə başladılar...

Sosial məsələlər üzrə ekspert Elçin Bayramlı ötən gün İTV-də müəllimləri müdafiə edəndən sonra bu müqəddəs peşənin sahibi olan insanlar ürəklərini ona açıblar. Müəllimlərin ürəklərini açması bir çox gizlinlərin açılmasına səbəb olub. Elçin bəy anonimliyi qoruduğu üçün çox şeyləri yazmır. Hətta ucundan-qulağından yazdıqları adamı dəhşətə gətirir. Sadəcə, bir faktı burada yazacam: valideyn ayağını yerə dirəyərək, müəllimin 5-ci sinifdə oxuyan övladından üzr istəməsinə nail olub.

Bəli, düz oxudunuz: Azərbaycanda müəllim 5-ci sinifdə oxuyan burnufırtıqlı uşaqdan üzr istəyib!

Bunu müəllim özü deyib. Etiraf edib ki, 37 illik stajına rəğmən əl boyda uşaqdan üzr istəməyi özünə rəva bilib.

Müəllimin sözləridir: "Mənim üçün çox ağır idi. Amma Kazım müəllimin aqibətini yaşamaq istəmədiyim üçün bu addımı atdım".

Kazım müəllimi xatırlayırsınız? Bakıdakı 146 saylı tam orta məktəbdə çalışırdı. Nə az, nə çox, düz 30 illik pedaqoji stajı vardı. Bu yaxınlarda işdən çıxardılar.

İşdən niyə çıxarıldığını mən yazım, onunla bağlı atılan bu addımın nə qədər ədalətli olub-olmadığına siz qərar verin: Kazım müəllim 8-ci sinif şagirdlərinə summativ yazdırırmış. Uşaqlardan biri səs-küy saldığı üçün onu lövhənin qarşısına çıxarıb. Amma şagird yenə sakitləşməyib. Əksinə, bu dəfə iki barmağını ağzına soxaraq, qocaman müəllimin üstünə qusmaq istəyib. Bu vaxt Kazım müəllim əsəblərinə hakim olmayaraq, onun üzünə zəif bir şillə vurub. Bundan sonra təhsil sistemindəki başbilənlərimiz Kazım müəllimə "sən niyə şagirdin üstünə qusmağına icazə vermədin" deyərək, onu işdən çıxarıblar...

İndi bildinizmi 37 ilin müəllimi 5-ci sinif şagirdindən niyə üzr istəyib? Özünün də dediyi kimi Kazım müəllimin aqibətini yaşamaq istəmədiyi üçün bu addımı atıb. Yaxşı bilir ki, üzr istəməsəydi, Təhsil Nazirliyindəki ingilisdilli ədəbazlar onu da Kazım müəllimin dalınca göndərəcəkdilər...

Elçin Bayramlının aldığı məktublardan biri isə təxminən bu məzmundadır: "Yuxarı sinif şagirdləri dərs zamanı telefonda porno videolara baxırlar. Amma nə qədər çalışsaq da, telefonu uşaqların əlindən ala bilmirik. Qorxudan səsimizi çıxarmırıq. Bilirik ki, valideynlər Təhsil Nazirliyinə şikayət etsə, direktor qarışıq hamımızı işdən qovacaqlar".

Mən müəllimin şagirdi döyməsinin qəti əleyhinəyəm. Dərd burasındadır ki, hazırda nadinc şagirdi cəzalandırmaq üçün heç bir mexanizm yoxdur. Müəllim "2" yazır, şagird yenə sinifdən-sinfə keçir. Müəllim qayıb yazır, şagird yenə sinifdən-sinfə keçir. Müəllim direktora şikayət edir, şagird yenə sinifdən-sinfə keçir. Təhsil Nazirliyi isə tərbiyəsiz şagirdləri cəzalandırmaq üçün mexanizm işləyib hazırlamaq əvəzinə müəllimləri cəzalandırır. Buna görə də 37 ilin müəllimi əlacsız qalıb burnufırtıqlı şagirddən üzr istəyir.

Emin Əmrullayev bircə dəfə qoltuğuna jurnal vurub sinfə girsəydi, müəllimlərin nə çəkdiyini bilərdi. O, ancaq müəllimləri aşağılamağı, xalq arasında hörmətdən salmağı bilir...

Müəllifin digər yazıları

Qucaqdan düşməyən müğənnilər...

Qucaqdan düşməyən müğənnilər...

Əvvəllər atalar valideynlərinin yanında azyaşlı övladlarını qucaqlarına almazdılar ki, camaat nə deyər?!

Camaat dedikləri el-oba, kənd-kəsək idi. Böyüyə hörmət, kiçiyə məhəbbət vardı. Heç kim böyüklərin yanında əndazəni aşmaq istəmirdi... 

Deyib ki, Qarabağa qayıtmayacağıq. Qayıdanın...

Deyib ki, Qarabağa qayıtmayacağıq. Qayıdanın...

Seymur VERDİZADƏ Arvadının tumanını geyinib min bir hilə ilə "Laçın" postundan keçərək İrəvana sığınan separatçı dəyyus Samvel Babayan Azərbaycanın qarşısında şərt qoyub: "Muxtariyyət verilməsə, geri qayıtmayacağıq".

Deyəsən, humanistliyimiz bu əclafı aldadıb.

Bu gün qəlyan çəkən sabah nəşə çəkər...

Bu gün qəlyan çəkən sabah nəşə çəkər...

Seymur Verdizadə Məşhur lətifəni eşitmisiniz?  Eşitməyənlər üçün yazıram: Qısqanc ər həyat yoldaşını döymək üçün hər gün müxtəlif bəhanələr uydurur. 

Döyülməkdən bir dəri, bir sümük qalan zavallı qadın ərinin bəhanələrini aradan q

Yazıb ki, sən özün də bar qızının tayısan...

Yazıb ki, sən özün də bar qızının tayısan...

Seymur Verdizadə

Rusiya Ukraynaya təcavüz edəndə, qəhrəman ukraynalılar Zelenskinin rəhbərliyi altında düşmənə müqavimət göstərəndə bir məqalə yazmışdım. Nə olsun ki, üstündən 15 ay keçib? Axı biz internet əsrində yaşayırıq. İnformasiya texnologiyalarının köməyilə həmin ya

Yaş 70-ə çatan kimi deyirlər, niyə ölmürsən... 

Yaş 70-ə çatan kimi deyirlər, niyə ölmürsən... 

Seymur VerdizadəCo Bayden 86 yaşına kimi ABŞ prezidenti olmaq istəyir. 

Bilirsiniz, bu nə deməkdir? 

81 yaşlı Bayden əmi gələn ilin noyabrında birinci prezidentlik müddətini başa vurub ikinci dəfə Ağ Evin "sükanı" arxasına keçmək istəyir. 

Ömrünün