Yazar

Talıbovun 80 yaşlı vəzifəli qayınanası və kasıbın işsiz balası...

Talıbovun 80 yaşlı vəzifəli qayınanası və kasıbın işsiz balası...
11Yanvar 202311:53

Seymur Verdizadə

Həmişə belə olub: Təmiz dağ havası udan, səhər-axşam nehrə yağıyla, çiçək balıyla qidalanan lerikli Şirəli müəllimi 65 yaşı tamam olduğu gün zorla təqaüdə göndərib 82 yaşlı Ramiz Mehdiyevi Akademiya kimi nəhəng bir quruma rəhbər seçmişik...

Nə vaxt "gənclərə yol verək" demişiksə, məmular birinci öz övladlarının yolunu açıblar...

Qoca məmurun gənc məmurla əvəzlənməsi atanın oğulla əvəzlənməsi kimi başa düşülüb...

Belə olmasaydı, Ramiz Mehdiyevin, Vasif Talıbovun övladları 35-38 yaşlarında general rütbəsinə sahiblənməzdilər.

Belə olmasaydı, 35-40 il kitabxanalarda toz udan zavallı alimlər dekan vəzifəsinə həsrət qaldığı halda Seymur Talıbov 30 yaşında prorektor kürsüsünə sahib çıxmazdı.

Dünən öyrənmişəm ki, bu adamların təkcə övladları deyil, anaları, qayınanaları da "vazkeçilməz" kadrlardır.

Sən demə Vasif Talıbovun 80 yaşlı qayınanası Sənufər Sultanova Naxçıvan Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat şöbəsinin müdiri vəzifəsində çalışırmış. Kürəkəni istefa verəndən sonra o da acığa düşüb işdən çıxmaq barədə könüllü ərizə yazıb.

Yəqin ki, yaxın günlərdə Vasif Talıbovun Naxçıvan rayonlarının birində Gənclər və idman idarəsinin rəisi işləyən 90 yaşlı qohumunun da istefa verdiyini eşidəcəyik.

Anam sertifikasiya imtahanında 100 mümkün baldan 82 toplasa da, 65 yaşı tamam olan kimi zorla işdən çıxardılar. Ki, indi dövran gənclərindir.

Amma qohumlarımın arasınada yaxşı təhsil almış, 22-23 yaşları olmasına rəğmən ən azı iki dildə sərbəst danışa bilən gənclər var ki, Talıbovun qayınanasının müdir olduğu həmin idarədə kiçik mütəxəssis vəzifəsinə də düzələ bilmir.

Bir neçə il əvvəl ustad Aydın Can yazmışdı ki, Əhəd Abıyevin qohumlarının yarısını vəzifədən çıxarmaqla cənub bölgəsində işsizlik problemini qismən həll etmək mümkündür.

Mən isə bu fikirdəyəm ki, Vasif Talıbovun tanışlıqla, şəxsi münasibətlər hesabına vəzifə tutan qohumlarının hamısını işdən çıxarmaqla Naxçıvanda işsizlik problemini tamamilə həll etmək mümkündür.

Deyəsən, hökumətimiz bu yolu tutub...

Müəllifin digər yazıları

Qucaqdan düşməyən müğənnilər...

Qucaqdan düşməyən müğənnilər...

Əvvəllər atalar valideynlərinin yanında azyaşlı övladlarını qucaqlarına almazdılar ki, camaat nə deyər?!

Camaat dedikləri el-oba, kənd-kəsək idi. Böyüyə hörmət, kiçiyə məhəbbət vardı. Heç kim böyüklərin yanında əndazəni aşmaq istəmirdi... 

Deyib ki, Qarabağa qayıtmayacağıq. Qayıdanın...

Deyib ki, Qarabağa qayıtmayacağıq. Qayıdanın...

Seymur VERDİZADƏ Arvadının tumanını geyinib min bir hilə ilə "Laçın" postundan keçərək İrəvana sığınan separatçı dəyyus Samvel Babayan Azərbaycanın qarşısında şərt qoyub: "Muxtariyyət verilməsə, geri qayıtmayacağıq".

Deyəsən, humanistliyimiz bu əclafı aldadıb.

Bu gün qəlyan çəkən sabah nəşə çəkər...

Bu gün qəlyan çəkən sabah nəşə çəkər...

Seymur Verdizadə Məşhur lətifəni eşitmisiniz?  Eşitməyənlər üçün yazıram: Qısqanc ər həyat yoldaşını döymək üçün hər gün müxtəlif bəhanələr uydurur. 

Döyülməkdən bir dəri, bir sümük qalan zavallı qadın ərinin bəhanələrini aradan q

Yazıb ki, sən özün də bar qızının tayısan...

Yazıb ki, sən özün də bar qızının tayısan...

Seymur Verdizadə

Rusiya Ukraynaya təcavüz edəndə, qəhrəman ukraynalılar Zelenskinin rəhbərliyi altında düşmənə müqavimət göstərəndə bir məqalə yazmışdım. Nə olsun ki, üstündən 15 ay keçib? Axı biz internet əsrində yaşayırıq. İnformasiya texnologiyalarının köməyilə həmin ya

Yaş 70-ə çatan kimi deyirlər, niyə ölmürsən... 

Yaş 70-ə çatan kimi deyirlər, niyə ölmürsən... 

Seymur VerdizadəCo Bayden 86 yaşına kimi ABŞ prezidenti olmaq istəyir. 

Bilirsiniz, bu nə deməkdir? 

81 yaşlı Bayden əmi gələn ilin noyabrında birinci prezidentlik müddətini başa vurub ikinci dəfə Ağ Evin "sükanı" arxasına keçmək istəyir. 

Ömrünün