Yazar

Erməni məsələsində iki strateji məqama DİQQƏT!!!

Erməni məsələsində iki strateji məqama DİQQƏT!!!
15Yanvar 202317:38

Nazim Cəfərsoy


Hazırda (və gələcəkdə) Qarabağ və Qərbin Azərbaycan mövzusunda iki strateji məqamı önə çıxır: Tarix və demoqrafiya.

Hərbi, geosiyasi və diplomatik müstəvidə ciddi məğlubiyyət alan ermənilər strateji ağlı və təbliğat maşınını da bütün dünyada tarixilik və demoqrafiya kimi bu iki ənənəvi məqam üzərindən özünə təkrar meydan açmağa və platforma formalaşdırmağa çalışır. Bu yanaşma həm zaman qazanma, həm də öz cəmiyyətini yenidən səfərbər etmə məqsəd daşıyır. Tarixi təcrübə göstərir ki, erməni strateji ağlı və təbliğat maşını bu işi məharətlə bacarır. İnsaniyyət, postmodernlik və texnoloji kimi məqamların üstünlük təşkil etdiyi mövcud beynəlxalq ictimai düşüncə də erməni təbliğat maşınına geniş imkanlar təmin edir.

O baxımdan bu iki strateji vasitəyə Azərbaycan tərəfinin xüsusi önəm verməsi çox vacibdir. Hərbi, geosiyasi və diplomatik müstəvidə üstünlüklərimiz səbəbiylə Azərbaycan tərəfində tarix və demoqrafiya məqamları strateji komünikasya mövzusunda bir xeyli geri planda qalıb!!! Halbuki, bu iki mövzu həm qısa, həm orta, həm də uzun perspektivdə Azərbaycanın üstünlüklərini davam etdirməsi və yeni mərhələyə daşıması üçün mühüm 4 saç ayağından biri olan mədəni (digərləri hərbi, iqtisadi, siyasi) hissəni təşkil edir!!!

Bu kontekstdə həm Qarabağ, həm də Ermənistana dair strateji kursumuzda hərbi, iqtisadi, siyasi məqamlarla yanaşı, tarix və demoqrafiya mövzusuna da önəmi yenidən, həm də müasir dünyanın terminologiyası nəzərə alaraq gücləndirmək lazımdır!!!

Bu çərçivədə ermənilərin Qarabağa və bugünkü Ermənistana gəlişi və ordakı demoqrafiya barədə tarixi reallıqları davamlı siyasi, iqtisadi, hərbi, diplomatik və mədəni daxil bütün müstəvilərdə vurğulamaq lazımdır. Tarixi və demoqrafik dəyişim reallıqlarını ortaya qoyan köhnə ciddi yerli və xarici əsərləri yenidən nəşr etmək, müxtəlif xarici dillərə tərcümə etmək mütləq vacibdir!!!

Yeni yazılan və müasir dövrü əhatə edən ələqadar elmi çalışma və məqalələrdə tarixi arxa planı mütləq vurğulanmalıdır!!!

Diqqətimi cəlb edən bir məqam da bugünkü Ermənistan ərazisindəki tarixi reallıqları və demoqrafik asimilasiyanı vurğularkən, 1828-ci il Türkmənçay müqaviləsi və sonrasında bas verənlərin çox az, və ya heç qeyd edilməməsidir!!!

Hətta Qərbi Azərbaycan icmasının son bəyanatında belə demoqrafik köç və etnik təmizlik siyasəti tarix olaraq 1905-dən etibarən başladılır.

Halbuki, hamımıza yaxşı məlumdur ki, bu prosesin praktiki əsası 1828-də Türkmənçay müqaviləsi ilə qoyulub. Bu barədə yerli və başda ruslar olmaqla çox sayda xarici, hətta erməni mənbələri var. Azərbaycanda əlaqədar elmi, ictimai və siyasi qurumların lazımi işləri görməsi zəruridir!!!

Bu cür çox sayda çalışmadan özümün də yaxından tanış olduğum ikisini burada yazıram:

Nəsib Nəsibli, Azərbaycan Tarixi (Qanun nəşriyyatı, (ələqadar səhifələrdə çox sayda xarici alimə də istinad var)).

http://kitabal.az/book.php?book=10967

Hatəm Cabbarlı, "Tarihden Günümüze Ermenistan Türkleri", Erməni Araştırmalar jurnalı, sayı: dekabr 2001-yanvar 2002,

http://www.eraren.org/index.php?Lisan=tr&Page=DergiIcerik.. 

Müəllifin digər yazıları

Azərbaycan təcili Qarabağda bu əməliyyatlara başlamasa... - Siyasi şərhçi

Azərbaycan təcili Qarabağda bu əməliyyatlara başlamasa... - Siyasi şərhçi

Siyasi şərhçi Nazim Cəfərov Qarabağdakı separatçılığın kökünün kəsilməsinə yönəlik təkliflərlə çıxış edib. Azlist.az Nazim Cəfərsoyun təkliflərini təqdim edir: - Azərbaycan Qarabağda 3 istiqamətli və geniş miqyaslı addımlar atmasa, suverenliyimizi təmin

Sərhəddəki təxribatı Moskva yox, Paşinyan özü YARADIR

Sərhəddəki təxribatı Moskva yox, Paşinyan özü YARADIR

Nazim Cəfərsoy "Sülh danışıqlarını daim Rusiya sabotaj edir" fikri doğru bir yanaşma deyil. Şübhəsiz bu yanaşmanın ciddi tarixi kökləri var, son 2 ildə Moskvada bəzi ermənipərəst dairələr bu sabotajda maraqlıdırlar. Ancaq qlobal, regional, ikili münasibətlər və xüsus

Laçın sərhəd məntəqəsi necə işləyəcək? - PROQNOZ

Laçın sərhəd məntəqəsi necə işləyəcək? - PROQNOZ

Nazim Cəfərsoy 23 aprel 2023-cü il tarixində saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.

Ruben, Arayik, Vitali kimilərini gecə ilə tutub gətirmək lazımdır!

Ruben, Arayik, Vitali kimilərini gecə ilə tutub gətirmək lazımdır!

Nazim Cəfərsoy1988-ci ildə də İrəvanda və Xankəndidə mitinqlərdə erməni aydın və siyasətçiləri xalqa "Hayastan" və "Miatsum" deyə bağırdırdılar.
Türk Dövlətləri Təşkilatı və Strateji Tarix Mirası

Türk Dövlətləri Təşkilatı və Strateji Tarix Mirası

Nazim Cəfərsoy Türk Millətinin bir neçə minillik tarixində iki dövlət və mədəniyyət mirasını xüsusilə önemsəyirəm.

Bunlardan birincisi Hun dövlət mirasıdır: Böyük Hun Dövləti, Ağ Hun Dövləti və Avropa Hun Dövləti

İkincisi isə Səlcuklu dövlət mirasıdır: