Azərbaycan təcili Qarabağda bu əməliyyatlara başlamasa... - Siyasi şərhçi
Siyasi şərhçi Nazim Cəfərov Qarabağdakı separatçılığın kökünün kəsilməsinə yönəlik təkliflərlə çıxış edib.
Azlist.az Nazim Cəfərsoyun təkliflərini təqdim edir:
- Azərbaycan Qarabağda 3 istiqamətli və geniş miqyaslı addımlar atmasa, suverenliyimizi təmin etmək məsələsində qısa müddətdə ciddi nəticə ala bilməyəcəyik. Proses dönəcək 30 illik nəticəsiz müzakirələrə. Ona görə də bir an öncə aşağıdakıları etmək lazımdır:
1. Qanunsuz erməni hərbi birləşmələrinin bütün mövqelərinə eyni zamanlı güclü PUA zərbələri endirilməlidir. Azərbaycan eyni zamanda, hərbi uniforma daşıyan və əlində silah olan hər kəsin legitim hərbi hədəf olacağını bəyan etməli və bunu həyata keçirməlidir. Bu şəxsləri təslim edən ermənilərə mükafat da vəd edilə bilər.
2. Özlərini qondarma “Artsax”ın rəsmiləri kimi təqdim edən şəxslərə qarşı cinayət işləri başlanmalı və hamısı “qırmızı bülleten”lə Rusiya sülhməramlılarından istənilməlidir. Ruslar təbii ki, verməyəcəklər. Ancaq bu çərçivədə Azərbaycan hüquq-mühafizə orqanları xüsusi əməliyyat tədbirləri ilə bu şəxsləri növbə ilə həbs edib, məhkəmə önünə çıxarmalıdır. İlk olaraq Azərbaycan barədə ən sərt mövqe ortaya qoyan sözdə “rəsmilər” həbs edilə bilər.
3. Yerli mülki vətəndaşlara qarşı isə dövlətin yumşaq üzü göstərilməli və onlarin qazanılması üçün çox istiqamətli tədbirlər paketi elan edilməlidir. 1991-dən sonra gələnlərin