Sərhəddəki təxribatı Moskva yox, Paşinyan özü YARADIR
Nazim Cəfərsoy
"Sülh danışıqlarını daim Rusiya sabotaj edir" fikri doğru bir yanaşma deyil. Şübhəsiz bu yanaşmanın ciddi tarixi kökləri var, son 2 ildə Moskvada bəzi ermənipərəst dairələr bu sabotajda maraqlıdırlar. Ancaq qlobal, regional, ikili münasibətlər və xüsusilə də Rusiyanın dəyişən Qafqaz siyasəti Moskvaya bölgədə maraqlarını qoruması üçün ənənəvi sabotaj siyasətini davam etdirməsinə ehtiyacı azaldıb. Hətta bu sabotaj siyaseti artıq Moskvaya sərf etmir!!!
Qafqazda Rusiyaya özünün də aktiv rol oynayacağı yeni əməkdaşlıqlar lazımdır. Moskva bu prosesdə yeterincə aktivdir. Bu konteksdə Kremlə Qərbin adamı Paşinyanın Azərbaycana Qərb vasitəsilə güzəştlər verməsi çoxtərəfli sərf edir!!
Bu barədə uzun-uzadı çox yazmışam.
Dolayısıyla sabotaj edilməsi üçün Ermənistan daxilinə revansist qüvvələrin və Paşinyanın xüsusilə maraqlı olacağını da xatırladıram. Paşinyanın Azərbaycanla müzakirələrdə iki ciddi taktikası var:
1.Proseslərdə tez-tez Rusiyanı qalxan kimi istifadə etmək
2. Güzəştləri Azərbaycana könüllü vermək yerinə, Azərbaycanın zorla alması üçün gərginlik yaratmaq
Vaşinqton danışıqlarında əldə edilən razılaşmanın davam etdirilməsi ucun liderlərin 14 may tarixli Brüssel görüşü olmalıdır. Daha öncəki Brussel və Praqa görüşlərində olduğu kimi, növbəti görüşdə də Paşinyan güzəştlər etməyə məcbur olacaq. Mənim təxminim budur: Paşinyan Moskvada Putin ilə görüşdə Rusiya amilinin prosesə mane olmayacagını görüncə, güzəştləri Azərbaycanın zorla alması üçün növbəti təxribata şərait yaradır.