Yazar

Laçın sərhəd məntəqəsi necə işləyəcək? - PROQNOZ

Laçın sərhəd məntəqəsi necə işləyəcək? - PROQNOZ
24Aprel 202311:13

Nazim Cəfərsoy

23 aprel 2023-cü il tarixində saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.

Əvvəla, bütün sərhəd məntəqələri Azərbaycan qanunvericiliyinə uyğun işləyir. Laçın da bunlardan biri olacaq. Hətta mən deyərdim, Laçın buraxılış məntəqəsi bu qaydalarin ən ciddi tətbiq edildiyi məntəqə olacaq.

Sərhəd məntəqəsi Qarabağdakı erməni sakinlərin keçidi üçün xidmət göstərəcək. Ancaq bu keçidin tənzimlənməsi üçün müvəqqəti qaydalar sisteminin ortaya qoyulacağını təxmin edirəm.

Çox qısa müddətdə Qarabağdakı erməni sakinlərdən Azərbaycan vətəndaşlığını qəbul edilməsi tələb olunacaq. Qəbul edənlər Azərbaycan vətəndaşlarının hüquqlarına və öhdəliklərinə malik olacaqlar.

Azərbaycan xalqına qarşı cinayət işləyənlərə qarşı qanunlarımız tətbiq ediləcək!

Vətəndaş olmaq istəməyənlər ölkədən getmək durumunda qalacaq. Getmək istəyənlərin əmlakını durumlarına görə Ermənistan və ya Azərbaycan dövləti kompensasiya edəcək. (Məsələn, Sovet dövründən burda yaşayanları və onların davamçılarını Azərbaycan, sonradan gələnlərin kompensasiyasını Ermənistan ödəyəcək).
Getmək istəyənlərdən xalqımıza qarşı cinayət işləyənləri isə buraxmaq olmaz, tutub mühakimə etmək lazımdır!

Ermənistan vətəndaşlarının Azərbaycana gəlməsi prosesi də humanitar məqsədli olaraq yuxarıda da qeyd etdiyim müvəqqəti bir keçid prosesi qaydaları ilə tənzimlənəcək, ancaq ardından qarşılıqlı əsasda və beynəlxalq hüquqa görə tənzimlənəcək. Bunun mənası - Azərbaycanın icazəsi olmadan bir nəfər də Ermənistan vətəndaşı və ümumilikdə Rusiya daxil heç bir xarici vətəndaş bölgəyə girə bilməyəcək. Sadəcə müəyyən müddət üçün Qırmızı Xaç və Rusiya sülhməramlıları keçəcək.

Rusiya sülhməramlıları sərhəddə bu prosesin başda zaman -zaman ortaq aparılmasında, sonra monitorinqində və mülki ermənilərin gözlənilən təxribatında vasitəçi rolunu oynayacaq. Zamanla Rusiya əsgərləri bu işdə sadəcə monitorinq ilə məhdudlaşacaqlar.

Müəllifin digər yazıları

Azərbaycan təcili Qarabağda bu əməliyyatlara başlamasa... - Siyasi şərhçi

Azərbaycan təcili Qarabağda bu əməliyyatlara başlamasa... - Siyasi şərhçi

Siyasi şərhçi Nazim Cəfərov Qarabağdakı separatçılığın kökünün kəsilməsinə yönəlik təkliflərlə çıxış edib. Azlist.az Nazim Cəfərsoyun təkliflərini təqdim edir: - Azərbaycan Qarabağda 3 istiqamətli və geniş miqyaslı addımlar atmasa, suverenliyimizi təmin

Sərhəddəki təxribatı Moskva yox, Paşinyan özü YARADIR

Sərhəddəki təxribatı Moskva yox, Paşinyan özü YARADIR

Nazim Cəfərsoy "Sülh danışıqlarını daim Rusiya sabotaj edir" fikri doğru bir yanaşma deyil. Şübhəsiz bu yanaşmanın ciddi tarixi kökləri var, son 2 ildə Moskvada bəzi ermənipərəst dairələr bu sabotajda maraqlıdırlar. Ancaq qlobal, regional, ikili münasibətlər və xüsus

Erməni məsələsində iki strateji məqama DİQQƏT!!!

Erməni məsələsində iki strateji məqama DİQQƏT!!!

Nazim Cəfərsoy

Hazırda (və gələcəkdə) Qarabağ və Qərbin Azərbaycan mövzusunda iki strateji məqamı önə çıxır: Tarix və demoqrafiya.

Hərbi, geosiyasi və diplomatik müstəvidə ciddi məğlubiyyət alan ermənilər strateji ağlı və təbliğat maşınını da bütün dünyada ta

Ruben, Arayik, Vitali kimilərini gecə ilə tutub gətirmək lazımdır!

Ruben, Arayik, Vitali kimilərini gecə ilə tutub gətirmək lazımdır!

Nazim Cəfərsoy1988-ci ildə də İrəvanda və Xankəndidə mitinqlərdə erməni aydın və siyasətçiləri xalqa "Hayastan" və "Miatsum" deyə bağırdırdılar.
Türk Dövlətləri Təşkilatı və Strateji Tarix Mirası

Türk Dövlətləri Təşkilatı və Strateji Tarix Mirası

Nazim Cəfərsoy Türk Millətinin bir neçə minillik tarixində iki dövlət və mədəniyyət mirasını xüsusilə önemsəyirəm.

Bunlardan birincisi Hun dövlət mirasıdır: Böyük Hun Dövləti, Ağ Hun Dövləti və Avropa Hun Dövləti

İkincisi isə Səlcuklu dövlət mirasıdır: