Yazar

Vasif Talıbova aftafa daşımaqdan canın qurtardı...

Vasif Talıbova aftafa daşımaqdan canın qurtardı...
15Yanvar 202318:36

Seymur Verdizadə

Vasif Talıbov bahalı kostyum geyinib allı-güllü qalstuk taxsa da, özünü orta əsrlərdə yaşayan əzazil feodallar kimi aparırdı. Naxçıvana rəhbərlik etdiyi 27 il ərzində heç kim onun sözünü çevirməyə cəsarət etmədi. Buna təşəbbüs edənlər oldu. Onların da axırı pis oldu.

Qardaş Türkiyədə təhsil aldığım uzaq 90-cı illərdən bəri Naxçıvanla gediş-gəlişimiz, sıx əlaqəmiz olub. Həmişə Naxçıvana gedəndə özümü aciz, köməksiz hiss etmişəm. General-polkovnik Səfər Əbiyevin əleyhinə öldürücü tənqid yazanda, onun ünvanına daşı-divara silkələyən ittihamlar səsləndirəndə dünya vecimə olmayıb. Əlində ordusu, topu-tüfəngi olan Səfər Əbiyevə gənclik çağının verdiyi bolluca enerji və cəsarətin sayəsində demədiyim söz qalmamışdı. Qəribə situasiya idi; Müdafiə nazirinə, general-polkovnikə diş qıcayan bir jurnalist Naxçıvanda 21-22 yaşlı çavuşla danışanda sözləri ehtiyatla seçir, Talıbovun bığ yeri yenicə tərləmiş adamının xətrinə dəymək istəmirdi. Səbəb aydın idi: Naxçıvanda Azərbaycan qanunları işləmirdi. Naxçıvanda Vasif Talıbovun öz "qanunları" işləyirdi. Bu "qanunlar" Naxçıvanda istənilən Azərbaycan vətəndaşını əzməyə, alçaltmağa, aşağılamağa imkan verirdi. Bax, bunu Vasif Talıbova heç vaxt bağışlamaq olmaz! 

İstanbulda naxçıvanlıların öz məhəlləsi, öz qəbiristanlıqları var. Vasif Talıbovun zülmündən qaçanlar qardaş ölkədə ən ağır işlərdə çalışmağa razı oldular. Çoxu ömrünü qürbətdə başa vurdu. Dünyasını dəyişəndə çoxunun gözündı iki damla yaş, dilində "Naxçıvan" sözü quruyub qaldı. Adamlar var ki, Vasif Talıbov onların soyunu qurutdu... 

2021-ci ilin payızında yenə Naxçıvanda idim. Qonaqpərvər, qayğıkeş naxçıvanlıların min bir əziyyətlə ərsəyə gətirdikləri təamların dadına baxıb ən ləziz yeməkləri dadandan sonra Bakıya gəlmək lazım idi. Hətta gecə saat 12-yə olan reysə də bielt tapa bilmirdim. Naxçıvanda yaşayan tələbə yoldaşlarım hara əl atdılarsa, əlləri boşa çıxdı. Əlacım kəsildiyi üçün Bakıda yaşayan, amma əslən Naxçıvandan olan deputatlara zəng elədim. Onların da əli heç yerə çatmadı. Axırda ağzından sarımsaq qoxusu gələn bir taksi sürücüsünə əlavə 20 manat pul verib onun əli ilə bilet ala bildim. İnsanın öz vətənində aciz duruma düşməsi çox dəhşətli hissdir. Minlərlə azərbaycanlı uzaq 80-ci illərdən bəri ona görə qan töküb can qoymayıb ki, Vasif əkə bu ölkənin bir parçasını, tarixin bütün sınaqlarından üzüağ çıxmış qədim Naxçıvanımızı dədəsinin bostanı kimi idarə etsin....

Ağır dərd idi! 

Şükür, çiynimizdən götürüldü! 

Insan psixologiyasından baş açmaq olmur; Vasif Talıbovdan yazanda, onun qaranlıq əməllərinin üzərinə işıq salmağa çalışanda yenə kimlərsə narazı qalır, kimlərsə ağzını büzür. Yenə ənənəvi "arqument" işə düşür: Yıxılana balta vurmazlar! 

Ziya Məmmədov işdən çıxanda da belə deyirdilər. Amma həmin "yıxılan" Ziya Məmmədov indi Ucarda 100-ə yaxın adamı fermasında çoban işlədir... 

Vəzifədən çıxmaq yıxılmaq deyil. Bu ölkədə mənim kimi heç vaxt vəzifədə olmayan yüz minlərlə adam var. Belə çıxır ki, biz həmişə yıxılı vəziyyətdə olmuşuq. 

Elə adamlar var ki, onları mütləq yıxmaq, kürəyini yerə vurmaq, məğlub etmək lazımdır. Azərbaycanın vicdanlı jurnalistləri, insan hüquq və azadlıqları uğrunda çarpışan fədakar insanlar hazırda Vasif Talıbova münasibətdə bu fəaliyyətlə məşğuldurlar. Lütfən, çürük arqumentlərinizlə insanları mübarizəədn yayındırmayın, onların əl-qolunu soyutmayın...

Dərd burasındadır ki, bu cür fikirləşən adamların arasında dünənə kimi Vasif Talıbova aftafa daşıyan şəxslər də var. 

A kişi, sən nədən narazısan? 

Allahına şükür elə ki, aftafa daşımaqdan canın qurtarıb...

Müəllifin digər yazıları

Qucaqdan düşməyən müğənnilər...

Qucaqdan düşməyən müğənnilər...

Əvvəllər atalar valideynlərinin yanında azyaşlı övladlarını qucaqlarına almazdılar ki, camaat nə deyər?!

Camaat dedikləri el-oba, kənd-kəsək idi. Böyüyə hörmət, kiçiyə məhəbbət vardı. Heç kim böyüklərin yanında əndazəni aşmaq istəmirdi... 

Deyib ki, Qarabağa qayıtmayacağıq. Qayıdanın...

Deyib ki, Qarabağa qayıtmayacağıq. Qayıdanın...

Seymur VERDİZADƏ Arvadının tumanını geyinib min bir hilə ilə "Laçın" postundan keçərək İrəvana sığınan separatçı dəyyus Samvel Babayan Azərbaycanın qarşısında şərt qoyub: "Muxtariyyət verilməsə, geri qayıtmayacağıq".

Deyəsən, humanistliyimiz bu əclafı aldadıb.

Bu gün qəlyan çəkən sabah nəşə çəkər...

Bu gün qəlyan çəkən sabah nəşə çəkər...

Seymur Verdizadə Məşhur lətifəni eşitmisiniz?  Eşitməyənlər üçün yazıram: Qısqanc ər həyat yoldaşını döymək üçün hər gün müxtəlif bəhanələr uydurur. 

Döyülməkdən bir dəri, bir sümük qalan zavallı qadın ərinin bəhanələrini aradan q

Yazıb ki, sən özün də bar qızının tayısan...

Yazıb ki, sən özün də bar qızının tayısan...

Seymur Verdizadə

Rusiya Ukraynaya təcavüz edəndə, qəhrəman ukraynalılar Zelenskinin rəhbərliyi altında düşmənə müqavimət göstərəndə bir məqalə yazmışdım. Nə olsun ki, üstündən 15 ay keçib? Axı biz internet əsrində yaşayırıq. İnformasiya texnologiyalarının köməyilə həmin ya

Yaş 70-ə çatan kimi deyirlər, niyə ölmürsən... 

Yaş 70-ə çatan kimi deyirlər, niyə ölmürsən... 

Seymur VerdizadəCo Bayden 86 yaşına kimi ABŞ prezidenti olmaq istəyir. 

Bilirsiniz, bu nə deməkdir? 

81 yaşlı Bayden əmi gələn ilin noyabrında birinci prezidentlik müddətini başa vurub ikinci dəfə Ağ Evin "sükanı" arxasına keçmək istəyir. 

Ömrünün