Yazar

Bunun adı oruc açmaq deyil, qarın açmaqdır...

Bunun adı oruc açmaq deyil, qarın açmaqdır...
28Mart 202323:21

Seymur VERDİZADƏ 

- Niyə oruc tutursunuz? 

Bu sualla beş ayrı adama müraciət elədim. Özləri, xarakterləri kimi, cavabları da müxtəlif oldu:  

Birinci həmsöhbətim mömin olduğu üçün inancına uyğun cavab verdi: "Quranın tələbidir". 

Sorğuda iştirak edən ikinci adamın cavabı belə oldu: "Müsəlman üçün oruc tutmaq fərz buyurulub". 

Üçüncü yoldaş məni əməlli-başlı təəccübləndirdi: "Arıqlamaq istəyirəm". 

Jurnalist sorğusunda iştirak edən dördüncü şəxsin cavabı belədir: "Həyat yoldaşım, uşaqlarım ibadət əhlidir. İldə bir ay da mən onlara qoşuluram. Hələ ki, oruc tutmağın hər hansı bir zərərini görməmişəm". 

Əgər sorğu-sual etdiyim, beşinci adam bu sözləri deməsəydi, mövzuya fərqli rakursdan yanaşacaqdım. Nə dediyi ilə siz də tanış olun: "Dünya malına qənaət eləmək istəyirəm. Yer üzündə o qədər ac adam var ki... Biz az yesək, onlara da nəsə çatar". 

Hər kəsin öz arqumenti var. Hətta oruc tutmayanların da öz arqumenti var. Hamısına hörmətlə yanaşmaq borcumuzdur. Axı biz tolerant ölkədə yaşayırıq...

Beşinci, yəni sorğuya çəkdiyim sonuncu adamın fikri məni çox düşündürür. Bəli, yer üzündə bir tİkə çörəyə möhtac olan milyonlarla adam var. Əgər biz 1 ay qənaət etsək, onlar azı iki ay ac qalmaz...

Hamımız qənaət edirikmi? Aramızda naharda yemədiklərinin üstünə iki o qədər də qoyub iftarda mədəsinə təpişdirən azdırmı? 

Az deyil! 

Bakıda kafe və retoranlarda iftar menyülərindən xəbəriniz varmı? Dörd nəfərlik bir ailənin orucunu açmaq üçün hər axşam 340 manat ödədiyini eşitmisinzimi? Kiçik riyazi hesablama aparanda məlum olur ki, bir nəfərin iftarını açmaq 85 manata başa gəlir. Bir oturuma 85 manatlıq ərzaq tükədən adam acların halını düşünə bilərmi? Bəlkə də həmin adamlar oruc tutmasa, aclara nəsə çatar...

Oruc açmaq qarın açmaq deyil. İftar süfrələri sadə və təvazökar olmalıdır. 

Oruc tutmayanlar elə bilir ki, oruc tutanlar iftar və sahurda əllərinə keçəni gözlərinə təpirlər. Şəxsi nümunələri sevməsəm də, yazmağı özümə borc bilirəm: "Bizim evdə iftar menyüsü adi günlərdən fərqlənmir. Allahın verdiyinə şükür..." 

Rəhmətlik Hacı Şahin deyirdi ki, iftar süfrəsində oturan adam Allahın qonağıdır. 

Qonaq yemək davası eləməməlidir... 

Müəllifin digər yazıları

Qucaqdan düşməyən müğənnilər...

Qucaqdan düşməyən müğənnilər...

Əvvəllər atalar valideynlərinin yanında azyaşlı övladlarını qucaqlarına almazdılar ki, camaat nə deyər?!

Camaat dedikləri el-oba, kənd-kəsək idi. Böyüyə hörmət, kiçiyə məhəbbət vardı. Heç kim böyüklərin yanında əndazəni aşmaq istəmirdi... 

Deyib ki, Qarabağa qayıtmayacağıq. Qayıdanın...

Deyib ki, Qarabağa qayıtmayacağıq. Qayıdanın...

Seymur VERDİZADƏ Arvadının tumanını geyinib min bir hilə ilə "Laçın" postundan keçərək İrəvana sığınan separatçı dəyyus Samvel Babayan Azərbaycanın qarşısında şərt qoyub: "Muxtariyyət verilməsə, geri qayıtmayacağıq".

Deyəsən, humanistliyimiz bu əclafı aldadıb.

Bu gün qəlyan çəkən sabah nəşə çəkər...

Bu gün qəlyan çəkən sabah nəşə çəkər...

Seymur Verdizadə Məşhur lətifəni eşitmisiniz?  Eşitməyənlər üçün yazıram: Qısqanc ər həyat yoldaşını döymək üçün hər gün müxtəlif bəhanələr uydurur. 

Döyülməkdən bir dəri, bir sümük qalan zavallı qadın ərinin bəhanələrini aradan q

Yazıb ki, sən özün də bar qızının tayısan...

Yazıb ki, sən özün də bar qızının tayısan...

Seymur Verdizadə

Rusiya Ukraynaya təcavüz edəndə, qəhrəman ukraynalılar Zelenskinin rəhbərliyi altında düşmənə müqavimət göstərəndə bir məqalə yazmışdım. Nə olsun ki, üstündən 15 ay keçib? Axı biz internet əsrində yaşayırıq. İnformasiya texnologiyalarının köməyilə həmin ya

Yaş 70-ə çatan kimi deyirlər, niyə ölmürsən... 

Yaş 70-ə çatan kimi deyirlər, niyə ölmürsən... 

Seymur VerdizadəCo Bayden 86 yaşına kimi ABŞ prezidenti olmaq istəyir. 

Bilirsiniz, bu nə deməkdir? 

81 yaşlı Bayden əmi gələn ilin noyabrında birinci prezidentlik müddətini başa vurub ikinci dəfə Ağ Evin "sükanı" arxasına keçmək istəyir. 

Ömrünün