İt araba kölgəsində yatar, elə bilər öz kölgəsidir…
Seymur Verdizadə
Həmin ermənidir, heç dəyişməyib; bunlar 2020-ci ilin noyabrında soyuq zirzəmidə kapitulyasiya aktına imza atıb bir neçə ay sonra təkrar “buynuz” çıxaran məxluqlardır. Bunlardan hər cür alçaqlıq gözləmək olar. Yaltaqlıq, yamanlıq, yediyi qaba tüpürmək, qonağın altındakı döşəyi çəkmək bunların milli xüsusiyyətlərdir. Heç vaxt yurd-yuvaları, evləri olmadığı üçün ev sahibi olmağı da bacarmırlar…
Aydın məsələdir ki, İrəvanda baş verən təxribat hamımızı məyus edib. Bir erməni dığasının üzərinə şəhidlərimizin qanı hopmuş üçrəngli bayrağımıza qarşı hörmətsizlik etməsi alçaqlıq və barbarlqıdır. Bunun adı ermənilikdir. Biz bu adamların iyrənc sifətini üç-dörd gün əvvəl Qafanda əsir düşən əsgərlərimizə münasibətdə də gördük. Dünyanın heç bir ölkəsində hərbi əsirlərlə bu cür davranmırlar. Amma Ermənistan ölkə yox, mağara olduğu üçün beynəlxalq qanunlardan, öz üzərinə götürdüyü öhdəliklərdən xəbərsizdir. Xəbəri olanlar da məhəl qoymur. Odur ki, bayrağımıza hörmətsiz münasibətdən pəjmürdə olmayın. Söhbət ermənidən gedir. Başqa nə cür təsəvvür edirdiniz ki?!
Məşhur atalar sözü var: İt araba kölgəsində yatar, elə bilər öz kölgəsidir. Bu ermənilər həmişə başqalarının kölgəsində yatıb. Birinci Qarabağ Müharibəsində qalib gəlmələri də sırf bu səbəblə bağlıdır. Ağıllı adamlar - hansı ki, aralarında başqa millətlərin nümayəndələri də vardı - 30 ilə yaxın çənə döydü, dil tökdü. Ki, ağlınızı başınıza yığın, işğal etdiyiniz torpaqlardan geri çəkilin. Eşitmədilər. Axırda da müharibənin dayandırılması üçün özləri dil tökdülər, yalvardılar.
44 günlük Vətən Müharibəsi mənim yaddaşımda bir çox maraqlı epizodlarla qalıb. Düşmənin adını kazarma qoyduğu, amma it damından fərqlənməyən yerlərdə 27 il necə süləndiyini hamımız gördük. Biz müharibənin qızğın çağında ermənilərin tankı qoyub unitazı apardığını da gördük.
Hər kəs özünə layiq olanı seçir…
HAŞİYƏ: Vətən Müharibəsinin başa çatmasından 29 aydan çox vaxt keçir. Azərbaycan əsgəri və polisi hələ də ermənilərin Qarabağda atıb qaçdığı silah-sursatı toplayıb qurtara bilmir. Ötən gün Füzulidə, ondan əvvəl isə Xocavənddə istifadəyə yararlı olan xeyli sayda silah-sursat aşkarlanaraq götürülüb. Əllərindəki avtomatı, ciblərindəki patron atıb it kimi qaçıblar…
Baş Prokurorluq bayrağımızı yandıran Aram Nikolyan adlı erməni dığasının cəzalandırılması üçün hərəkətə keçib. Alqışlayıram! Bayraq uğrunda minlərlə şəhid verən Ordumuz da hərəkətə keçməlidir. Bu Nikolyanın bayrağı yandıran əlini yandırmaq lazımdır ki, digər həmvətənlərinə də dərs olsun. Yuxarıda yazdıq axı, bunlar ermənidir. Bunları öz anladıqları dildə başa salmaq lazımdır.
Laçın istiqamətində baş verən sonuncu insident zamanı korpus komandiri Armen Gözəlyan da yaralanıb. Gözəlyanın qaçarkən arxadan vurulub. Onun aldığı yaranın fotosundan da görmək mümkündür ki, sanki, güllə də hədəfinin qorxaqlığını vurğulamaq üçün komandirin bədənindəki ən münasib yeri seçib. Ta etika xətrinə o yerin hara olduğunu yazmırıq.
Nə deyək, Paşinyandır da, güngörməzini qoruya bilməyən adamı torpaq qorumağa göndərib…