Dünya

Rusiya Ukraynanın şəhərlərini raketlə vurdu

Rusiya Ukraynanın şəhərlərini raketlə vurdu
10Oktyabr 202215:00

Oktyabrın 10-da Rusiyanın Ukraynaya kütləvi raket hücumu nəticəsində azı 10 nəfər həlak olub, 60-a yaxın insan yaralanıb.

Azlist.az xəbər verir ki, bu barədə Ukrayna Milli Polisinin mətbuat katibi Maryana Reva bildirib.

“Əgər söhbət bütün Ukraynadan gedirsə, Kiyevdən başqa, daha 14 regionda da hücumlar qeydə alınıb. 10 ölü və 60 yaralı Rusiyanın raket zərbələrinin nəticəsidir”, - deyə Reva bildirib.

Oktyabrın 10-da Rusiya Ukraynaya 80-dən çox raket zərbəsi endirib. Onlardan 41-i Ukrayna hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirilib.

Raket zərbəsinə daha çox məruz qalam şəhərlər Vinnitsa, Lvov, Kirovoqrad, Nikolayev, Poltava, Ternopil, Jitomir, Kiyevdir.

Müəllifin digər yazıları

Böyük Britaniyanın Baş naziri istefa verdi

Böyük Britaniyanın Baş naziri istefa verdi

Böyük Britaniyanın Baş naziri Liz Trass oktyabrın 20-də vəzifəsindən istefa verib. Azlist.az xəbər verir ki, o, istefasının səbəbini belə açıqlayıb. 

"Mən ölkəmdə böyük iqtisadi və beynəlxalq qeyri-sabitlik dövründə vəzifəyə gəlmişəm. Britaniyada aşağı iqtisad

Türkiyədə mədən qəzası: 41 ölüm

Türkiyədə mədən qəzası: 41 ölüm

Türkiyənin Amasra rayonundakı kömür mədənində 41 nəfərin ölümü ilə nəticələnən partlayış baş verib. Azlist.az xəbər verir ki, cümə günü baş verən partlayış vaxtı mədəndə 110 nəfər olub.

Türkiyənin daxili işlər naziri Bartındakı şaxtadan 58 nəfərin xilas edildiy

Zelenski iki azərbaycanlını təltif etdi 

Zelenski iki azərbaycanlını təltif etdi 

Prezident Vladimir Zelenski Ukraynanın Rusiyaya qarşı apardığı müharibədə şücaət göstərmiş bir qrup hərbçini mükafatlandırıb.Azlist.az xəbər verir ki, prezidentin mükafatlandırdığı müdafiəçilər sırasında iki azərbaycanlı da var.Kiçik çavuş Azad Sultan oğlu