Yazar

Oyuncağını özü ilə aparan gəlin

Oyuncağını özü ilə aparan gəlin
28Sentyabr 202223:30

Seymur VERDİZADƏ

Səlbi nənə kənddə bizim qonşumuz idi. Ağlım kəsəndə, dilim söz tutanda onun yetmiş yaşı vardı. Qıvraq arvad olsa da, əsasını heç vaxt əlindən yerə qoymazdı. Sonra bildik ki, o, tut ağacından hazırlanmış əsasını it-pişik qovmaq üçün özü ilə gəzdirir... 

Səlbi nənə söhbətcil arvad idi. Tez-tez bizi başına toplayıb müharibədən, qıtlıq, bahalıq illərindən danışardı. Aylarla çörək üzünə həsrət qaldığını, bəzən yeddi gün ard-arda pencər yediklərini deyəndə bunlar bizə yuxu kimi gəlirdi. Arada ərə getməyindən də danışırdı. Dediyinə görə, on bir yaşı olanda gəlin köçüb. Birinci həyat yoldaşı özündən otuz yaş böyük olub. Rəhmətliyin bu sözləri indiyədək qulağımdadır: “Ərə gedəndə oyuncağımı da özümlə aparmışdım”. 

Uzun illər Səlbi nənənin bu sözlərini xatırlayıb gülmüşük. Jurnalist dostlarımın əksəriyyəti bu söhbətdən xəbərdardır. Hətta aralarında elələri var ki, bu günə kimi mənə inanmır. Elə bilirlər ki, lətifə danışıram. Heç vaxt onları qınamamışam. On bir, on iki yaşlı qızın ərə getməyinə kim inanar?! 

Biz elə bilirdik belə şeylər keçmişdə olur. Hansı axmaq iyirmi birinci əsrdə məktəbli qızını ərə verər?!

Sən demə dəyişən ancaq illər imiş. Statistika göstərir ki, bizlər yüz il əvvəl yaşayan babalarımızdan çox da qabağa getməmişik. Rəsmi məlumatdır, Dövlət Statistika Komitəsi yayıb: Ötən il Azərbaycanda 16 yaşına çatmamış 84 nəfər ana olub. Dövlət qurumu bu 84 nəfərin neçəsinin 15, neçəsinin 14, neçəsinin 13 yaşında olduğunu açıqlamır. Amma mən əminəm ki, onların arasında Səlbi nənə ilə eyni yaşda ərə gedən qızlar da var. 16 yaşlı anaların sayı isə 345 nəfərdir. 

Məşhur filmdəki sual yada düşür: Kimdir günahkar? 

Bu biabırçılığa görə valideynləri qınayaq, yoxsa məktəbi? Bəlkə icra hakimiyyətlərinin nəzdində fəaliyyət göstərən yetkinlik yaşına çatmayan uşaqlarla iş sektorunu qınayaq? Bəs hüquq-mühafizə orqanları hara baxır? Azyaşlı qızı ərə vermək cinayət deyilmi? 13-14 yaşlı qızlarla yatağa girən pəzəvəng niyə əl qolunu sallayıb ortada gəzir? Bu adamlara qanunun sərt üzünü kim göstərməlidir? 

Mən heç vaxt söz sarıdan korluq çəkməmişəm. Amma indi aciz qalmışam. Bu rəzil durumu ifadə etməyə söz tapa bilmirəm. 

Yaxamı kənara çəkmirəm. Azərbaycanda 16 yaşına çatmayan 425 qızın ana olmasında hər birimizin məsuliyyəti var. Amma ən böyük məsuliyyət təhsil sisteminin üzərinə düşür. 

Ay nazir, ay direktor, ay müəllim, noolar, bir dəfə də şagirdlərin əlinə deyil, qarnına baxın...

 

Müəllifin digər yazıları

Qucaqdan düşməyən müğənnilər...

Qucaqdan düşməyən müğənnilər...

Əvvəllər atalar valideynlərinin yanında azyaşlı övladlarını qucaqlarına almazdılar ki, camaat nə deyər?!

Camaat dedikləri el-oba, kənd-kəsək idi. Böyüyə hörmət, kiçiyə məhəbbət vardı. Heç kim böyüklərin yanında əndazəni aşmaq istəmirdi... 

Deyib ki, Qarabağa qayıtmayacağıq. Qayıdanın...

Deyib ki, Qarabağa qayıtmayacağıq. Qayıdanın...

Seymur VERDİZADƏ Arvadının tumanını geyinib min bir hilə ilə "Laçın" postundan keçərək İrəvana sığınan separatçı dəyyus Samvel Babayan Azərbaycanın qarşısında şərt qoyub: "Muxtariyyət verilməsə, geri qayıtmayacağıq".

Deyəsən, humanistliyimiz bu əclafı aldadıb.

Bu gün qəlyan çəkən sabah nəşə çəkər...

Bu gün qəlyan çəkən sabah nəşə çəkər...

Seymur Verdizadə Məşhur lətifəni eşitmisiniz?  Eşitməyənlər üçün yazıram: Qısqanc ər həyat yoldaşını döymək üçün hər gün müxtəlif bəhanələr uydurur. 

Döyülməkdən bir dəri, bir sümük qalan zavallı qadın ərinin bəhanələrini aradan q

Yazıb ki, sən özün də bar qızının tayısan...

Yazıb ki, sən özün də bar qızının tayısan...

Seymur Verdizadə

Rusiya Ukraynaya təcavüz edəndə, qəhrəman ukraynalılar Zelenskinin rəhbərliyi altında düşmənə müqavimət göstərəndə bir məqalə yazmışdım. Nə olsun ki, üstündən 15 ay keçib? Axı biz internet əsrində yaşayırıq. İnformasiya texnologiyalarının köməyilə həmin ya

Yaş 70-ə çatan kimi deyirlər, niyə ölmürsən... 

Yaş 70-ə çatan kimi deyirlər, niyə ölmürsən... 

Seymur VerdizadəCo Bayden 86 yaşına kimi ABŞ prezidenti olmaq istəyir. 

Bilirsiniz, bu nə deməkdir? 

81 yaşlı Bayden əmi gələn ilin noyabrında birinci prezidentlik müddətini başa vurub ikinci dəfə Ağ Evin "sükanı" arxasına keçmək istəyir. 

Ömrünün