Mədəniyyət

Yazıçı Çingiz Hüseynov vəfat edib

Yazıçı Çingiz Hüseynov vəfat edib
9Yanvar 202420:50

Azərbaycanın görkəmli yazıçısı Çingiz Hüseynov yanvarın 9-da 94 yaşında vəfat edib.

Azlist.az xəbər verir ki, bu barədə yazıçının oğlu Həsən Hüseynov sosial şəbəkə hesabında paylaşım edib.

Mərhum yazıçı İsrailsə dəfn edilib.

Qeyd edək ki, uzun müddətdir İsraildə yaşayan yazıçı Çingiz Hüseynov bu gecə 94 yaşında vəfat edib.

Çingiz Hüseynov 1929-cu il aprelin 20-də Bakıda anadan olub. Nasir, tənqidçi, ədəbiyyatşünas, tənqidçi və tərcüməçi kimi fəaliyyət göstərən görkəmli yazıçı Lomonosov adına Moskva Dövlət Universitetininin filologiya fakültəsini bitirib. 1959-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1979), professor (1980), əməkdar incəsənət xadimi Çingiz Hüseynov əsərlərini iki dildə - Azərbaycan və rus dillərində yazıb. Onun ən məşhur əsəri "Fətəli fəthi" romanı hesab olunur.

Qeyd edək ki, XX əsr Azərbaycan bədii fikrinin aparıcı simalarından olan Çingiz Hüseynov uzun illərdir İsraildə yaşayırdı.