Mədəniyyət

Məşhur aktyor Alen Delon VƏFAT ETDİ

Məşhur aktyor Alen Delon VƏFAT ETDİ
18Avqust 202411:20

Fransalı məşhur aktyor Alen Delon 88 yaşında vəfat edib.

Azlist.az xəbər verir ki, bu barədə aktyorun övladlarəı Fransa mediasına bildiriblər.

“O, evində üç övladının əhatəsində dünyasını dəyişib”, - deyə məlumatda qeyd edilib.

2019-cu ildə insult keçirdikdən sonra Alen Delon İsveçrənin "L'Illustre" nəşrinə evtanaziyaya qarşı olmadığını söyləmişdi.

Alen Delon 8 noyabr 1935-ci ildə Paris ətrafında anadan olub. O, bir neçə dəfə məktəblərdən və internat məktəblərindən qovulmuş, 17 yaşında Hind-Çində dənizçi kimi xidmət etməyə getmiş, beş ildən sonra isə Fransaya qayıtmışdı. Delon bir çox peşəni dəyişmişdi: yükləyici, ofisiant, barmen...
Onun çəkildiyi ilk film "Qadın müdaxilə edəndə" olub. Ekran debütündən cəmi üç il sonra Delon kriminal dram "Rokko və Qardaşları" (1960) filmindəki baş roluna görə beynəlxalq səviyyədə tanınıb.

Delonun iştirak etdiyi ən məşhur filmlər arasında “Tutulma” (1962), “Samuray” (1967), “Borsalino” (1970), “Şəhərdə iki” (1970), “Zorro” (1975), “Müsyö Klein” (1976), "Qu quşunun sevgisi" (1983) kimi ekran əsərləri var.
Onun əsas rollardan birini canlandırdığı "Tehran-43" (1980) detektiv filmi üç kinostudiya - "Mosfilm", "Mediterranee Cinema" və "Pro Dis Film" tərəfindən çəkilib. Keçmiş SSRİ-də bu film üçün təxminən 100 milyon bilet satılmışdı.

2017-ci ilin may ayında Alen Delon kino karyerasını başa vurduğunu elan etmişdi.
Aktyor "Əlavə döyüşmək istəməyən bir boksçu kimi əlavə film çəkmək istəmirəm" söyləmişdi.