Azərbaycana mədəniyyət naziri TƏYİN EDİLDİ
Adil Qabil oğlu Kərimli Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edilib.
Azlist.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Prezidentin digər sərəncamı ilə Adil Kərimli Azərbaycanın mədəniyyət naziri təyin edilib.
Adil Kərimlinin qısa dosyesini təqdim edirik:
44 yaşlı yeni nazir 1999-cu ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib, 2001-ci ildə isə magistratura üzrə təhsilini başa vurub.
Daha sonra Bakı Dövlət Universitetində cinayət hüququ ixtisaslaşması üzrə doktorantura təhsili alaraq, hüquq üzrə fəsəfə doktoru elmi dərəcəsinə yiyələnib.
O, doktorantura işi üçün "Qəsdən adam öldürmə cinayətlərinin tövsüfündə motivin yeri və rolu" adlı dissertasiya işi müdafiə edib.
Bunun ardınca İtaliyada "Beynəlxalq və transmilli cinayətlər" istiqaməti üzrə ixtisaslaşma kursu keçib.
Daha sonra 4 il "Pro Bono" Vəkil Bürosunda vəkil işləyib.
A.Kərimli 2010-cu ildə Azərbaycanın "Eurovision" yarışmasındakı nümayəndə heyətinin rəhbəri olub.
Prezident İlham Əliyevin 8 oktyabr 2012-ci il tarixli sərəncamı ilə Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini vəzifəsinə təyin edilib.
22 dekabr 2022-ci il tarixli sərəncamla Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini təyin edilmişdi.
Yeni nazir ingilis və rus dillərini bilir. Ailəlidir, üç övladı var.