Mədəniyyət
Akif Məlikov direktor vəzifəsindən çıxarıldı
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru, Əməkdar incəsənət xadimi Akif Məlikov işdən çıxarılıb.
Azlist.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, A.Məlikovun əmək müqaviləsinin müddəti başa çatıb. Yaş həddi ilə əlaqədar onun müqavilə müddəti uzadılmayıb.
Qeyd edək ki, A.Məlikov 1989-cu ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru vəzifəsində çalışıb.