Mədəniyyət

Mədəniyyət nazirinə yeni müavin təyin edilib - DOSYE

Mədəniyyət nazirinə yeni müavin təyin edilib - DOSYE
1Mart 202317:25

Azərbaycanın mədəniyyət nazirinə yeni müavin təyin edilib. 

Azlist.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. 

Sərəncama əsasən, Səadət Vidadi qızı Yusifova mədəniyyət nazirinin müavini təyin olunub. 

Qeyd edək ki, S.Yusifova bu təyinatadək Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini vəzifəsində çalışıb.

S.Yusifova 1974-cü ildə anadan olub. 1998-ci ildə “Hər gün” qəzetində jurnalist kimi fəaliyyət göstərib. Hüquq üzrə fəlsəfə doktorudur. 

Prezidentin 27 iyun 2013-cü il tarixli fərmanı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi vəzifəsində də çalışıb. 
Daha sonra Administrasiyada Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri vəzifəsini tutub.
Son təyinatadək Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini vəzifəsində işləyib.

Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq kafedrasının müəllimi, Azərbaycan Hüquqşünaslari Konfederasiyasinin İdarə Heyətinin üzvüdür.