Mədəniyyət

Xalq artisti nazir müavini təyin edildi

Xalq artisti nazir müavini təyin edildi
1Mart 202318:31

Azərbaycan mədəniyyət nazirinə daha bir yeni müavin təyin edilib. 

Azlist.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. 

Sərəncama əsasən, Murad Fərid oğlu Hüseynov mədəniyyət nazirinin yeni müavini təyin olunub.

M.Hüseynov bu təyinatadək Beynəlxalq Muğam Mərkəzinin direktoru vəzifəsində çalışıb.

Pianoçu, beynəlxalq müsabiqələr laureatı, Azərbaycanın Xalq artistidir. 2001-ci ildən Bakı Musiqi Akademiyasında müəllim-professor kimi fəaliyyət göstərir. 

O, Bakı Musiqi Akademiyasının və Paris Ali Musiqi Akademiyasının məzunudur. Bir çox beynəlxalq müsabiqələrin laureatı və diplomantıdır, bir sıra  məşhur orkestr və musiqi kollektivləri ilə birgə konsertlər verib.