Mədəniyyət

Ermənilərin "əjdahalı xalçalar" haqqında əfsanələri

Ermənilərin /
1Oktyabr 202214:30

Azərbaycan xalçası nümunələrinin müxtəlif vaxtlarda ermənilər tərəfindən özününküləşdirilməsinə dair çoxlu faktlar məlumdur.

Bu istiqamətdə daim araşdırmalar aparan Azərbaycan Milli Xalça Muzeyinin məlumatına görə, Azərbaycan xalçaları xaricdə tək erməni xalçaları kimi deyil, bəzən kürd, İran, Qafqaz xalçaları kimi də təqdim olunur.

Azərbaycan Xalça Müzeyi ermənilər tərəfindən özününküləşdirilmiş xalçalarımız barədə məşhur amerikan incəsənət tədqiqatçıları Artur Popun, Corc O Bannonun, rus tədqiqadçısı Y.Zedqenidzenin tədqiqadlarını tərcümə edərək “Azərbaycan xalçası” (İstanbul, Türkiyə, 1999-cü il, müəllif R.Tağıyeva) və “Kовровое искусство Азербайджана в Американском искусствоведении ” (Баку, «Элм», 2003-cü il, müəllif N.Tağıyeva) adlı kitabları vasitəsilə ictimaiyyətə çatdırıb.

Həmin tərcümələrdən birində Artur Pop “Ermənilərin əjdahalı xalçalar haqqında əfsanələri ” (Pope A.U. The Myth of the Armenian  Dragon Carpets. Jahrburch der asiatischen Kunst, Leipzig, 1925, V. 2, pp. 147-158) adlı tədqiqatında subut edir ki, əjdahalı xalçaların ermənilər tərəfindən toxunmasına heç bir əhəmiyyətli əsas yoxdur. Eyni zamanda, tədqiqadçının fikrincə, etibarlı mənbələrə əsaslanaraq belə qənaətə gəlmək olar ki, bu tip xalçalar Ermənistan ərazisində toxuna bilməzdi. Bu fikri əsaslandıraraq, o yazır ki, Ermənistan ərazisində ermənilərin nə vaxtsa xalçaçılıqla məşğul olmaqlarını sübüt edən heç bir yazılı mənbə və ya yerli ənənə yoxdur.

Azərbaycanın xalçaçılıq üzrə mütəxəssisləri deyirlər ki, bu nəzəriyyə ilk dəfə səslənəndə, ona ilk növbədə ermənilər özləri təccüblənmişdilər. Hətta, A.Popun yazısına görə, Ermənistanın müxtəlif bölgələrində böyümüş insanlar etiraf edirmişlər ki, onlar heç vaxt özlərinin xalçaçılıq ənənələri barədə eşitməyiblər.

Əjdahalı xalçalar barədə uydurmaların ifşasına digər amerikalı tədqiqadçının - C.G.Ellisin əsərlərində də rast gəlmək olar. (Ellis C,G . Early Caucasian Rugs. Washington, Washington Garamond  Pridemark Press. İng, 1976 , p.11). C.G.Ellis  “əjdahalı” xalçalarının strukturunu, rəng çalarlarını diqqətlə təhlil edərək sübut edib ki, bu xalçalar hələ XV-XVI əsrlərdə Qarabağda, Şirvanda toxunub və bu xalçaların kompozisiya elementləri, rəng sxemi və xırda hissələri (haşiyə) yarıantikvar və müasir Qarabağ , Qazax, Quba, Şirvan xalçalarında tətbiq edilir.

Həmçinin  C.G.Ellis yazır ki, erməni xalçaları sovet dövründə istehsal olunana qədər “terra inkoqnita”  (naməlum  məkan ) olaraq qalır. (Tагиева  Нармина «Ковровое искусство  Азербайджана  в Американском исксствоведении», Баку , «Элм» , 2003 səh .48-49).

Digər tərcümə olunmuş materiallarda göstərilib ki, vaxtı ilə Amerika tədqiqatçısı Pol Muşak 1809-cu ildə toxunmuş Şuşanın “Qoca” xalçasına həsr edilmiş elmi məqaləsində bu xalçanı erməni xalçası kimi təqdim edir (Mushak Paul. A Technical dimension of colour aesthetics in old Armenian Weavings. Oriental Rug Review, New Hampshire, Oriental Rug Reviw Oriental Rug Auction Review Inc., 1990, april/may, V. 10, N 4 , pp.17-22).

Həmin jurnalda Corc O Bannon  “Bir qrup Şuşa xalçaları barədə» məqaləsində bu fikri təkzib edərək “Qoca” xalçasının bədii, koloristik, texniki xüsusiyyətlərini dəqiqliklə təhlil edərək, subut edir ki, bu xalça Şuşa şəhər xalçası nümünəsidir və şəhər Azərbaycan əhalisinin zövqünü və ənənəsini əks etdirir. (O Bannon Georg. A Goup of Rugs Attributed to Shusha. Oriental Rug Review, News Hamshire Oriental Rug Review Oriental Rug Auction Review, Inc., 1990, april/may, V.10, N 4 , pp. 12-16. Тагиэва  Нармина «Ковровоe искусство Азербайджана в  Амeриканском  исксствовeдeнии», Баку, «Элм», səh.159-161.).

Daha bir fakt. Tərcümə olunmüş digər materialda rus tədqiqatçısı Y.Zedqenidzenin yazılarında da Azərbaycan xalçaları haqqında maraqlı məlumatlar var (Я .Зедгенидзе. Производство ковровъ и паласовъ в городе Шуше  Елизаветполъской  губернии. Соборник материалов  для описания местностей и племен Кавказа (СМОМПК). Тифлис  Типография  Канцелярии Главноначалъствующагогражданского частию на Кавказъ 1891 выпуск 11, с. 1-5).

O, Şuşa xalça və palazlarını tədqiq edərək göstərir ki, istehsal olunan xalça və palazlar kəmiyyəti və keyfiyyətinə görə bütün Qafqazda birinci yeri tutur. O, Şuşada azərbaycanlılardan başqa ermənilərin də yaşadıqlarını xatırladaraq göstərir ki, “...Şuşada xalça istehsalı, demək olar ki, bütunlüklə tatar (azərbaycanlı) ailələrində təmərküzləşmişdir”. 

Tədqiqadçı bunun tarixi və sosial köklərini açıb göstərir, erməni xalçalarının nə üçün nisbətən aşağı  keyfiyyətli olduğunu izah edir. O yazır ki, “ermənilər xalça toxumağı tatarlardan (azərbaycanlılardan) öyrənməlidirlər...” (Tağıyeva R. “Azərbaycan Xalçası”).

Başqa bir nümünə. Rusiyanın “ACT” və Aстрелъ» nəşriyyatları tərəfindən 2006-cı ildə  tərcümə olunmuş və nəşr edilmiş italyan xalçaşünasının “Ковры. Справочник» əsərinə rəyi göstərmək olar. Kitabda (səh.176, 188) Şirvan xalça məktəbinə aid olan “əjdahalı” xalçalar müəllif tərəfindən  “Erməni üslubunda əjdahalı xalça” və  “Koniya xalçası” adlandırılıb. Rəydə bu fikir təkzib edilir və müzey əməkdaşları tərəfindən  tərcümə olunmüş C.Q.Ellisin “Erkən Qafqaz Xalçaları”  (Ellis Ch. Gr. Early Caucasian Ruqs Wachinqton 1975 ) kitabına istinadla subut edilir ki, bu xalçalar Şirvan və Qarabağda bu günə kimi toxunurlar.

Bu mövzü ilə əlaqadar olaraq daha bir faktı göstərmək olar. 2008-ci il fevral ayında Ukraynanın Kiyev Şəhərində Boqdan və Varvara  Xanenko adına İncəsənət müzeyində “Azərbaycan odlar və xalçalar diyarı” adlı sərgi keçirilib. Həmin müzeydə saxlanılan XVIII əsr Qazax  xalça məktəbinə aid “Qaçağan” xalçası ilk vaxtlarda erməni xalçası kimi təqdim olunub.

Azərbaycan Milli Xalça Muzeyinin Kiyev İncəsənət Muzeyi ilə əməkdaşlığından sonra həmin xalçaların öz tarixi adları bərpa edilib və artıq onlar Azərbaycan xalçası kimi nümayiş olunur.

Erməni plagiatlığına dair daha bir fakt. İsveçrədə Qafqazın Strateji  Tədqiqatları İnstitutu (İSSC) tərəfindən 2009- cu ildə ingilis və rus dillərində çap olunmuş «Кавказ Глобализация» jurnalının ( 3-cü  cildində, 2-3 saylı nömrəsində, səh .153-169) «Искусство  Азербайджанского ковроткачества в  контексте  межцивилизационного диалога» adlı məqaləsinin 167-168-ci səhifələrində Azərbaycan xalçasının erməni, kürd, İran, Qafqaz adları ilə  tanınmağına əks olaraq xarici tədqiqatçıların tədqiqatlarına əsaslanaraq subut edilir ki, sadalanan millətlərə və bölgələrə aid olunan xalçalar əslində sırf Azərbaycan xalçaçılıq məktəblərinə məxsusdur.

Beləliklə, erməni plagiatlığı obyektiv olaraq üzə çıxarılır və ifşa olunur.

Ə.Qafarlı    

Müəllifin digər yazıları

Həsən ağa qüdrəti... 

Həsən ağa qüdrəti... 

2003-cü ilin fevral ayının 23-ü-bazar günü idi.  Marta nə qalmışdı ki... Qarşıdan yaz gəlirdi,  Novruz kandarda, havada ümidli günlərin qoxusu. Yaz özü ilə bərabər yeni, uğurlu, sevincli günlər gətirəcəkdi.  Fevralın sonlarında istər-istəməz həyatda bir canlanma başlayır, sabaha ümid yaranır. Elə

Yalıncıq rolunda çəkilməyə peşman olan aktyorun FACİƏSİ

Yalıncıq rolunda çəkilməyə peşman olan aktyorun FACİƏSİ

Onu hamımız “Dədə Qorqud” filmindən Yalıncıq kimi tanıyırıq… Amma bu rolda çəkilmək sonradan aktyora peşmançılıq gətirib… O, Yalıncığı oynadığına görə tez-tez özünü qınayır və təəssüflənirmiş… Söhbət Əməkdar artist, rəssam, aktyor və müğənni Əli Haqverdiyevdən gedir.