Proje

Ermənistanın mina TERRORU

Ermənistanın mina TERRORU
7Oktyabr 202212:55

30 il ərzində Azərbaycan Respublikasının tarixi torpaqlarını işğalda saxlayan təcavüzkar Ermənistan dövləti bu gün Cənubi Qafqaz regionunu gərginlikdə saxlamağa çalışır.
2020-ci ilin payızında Azərbaycan Respublikası 44 gün müharibə apararaq, işğal altındakı torpaqlarının böyük hissəsini azad etdi. Hazırda Azərbaycanın yuxarı Qarabağ bölgəsi Ermənistanın işğalı altındadır. İndi bu bölgədə Rusiya sülhməramlı kontingenti müvvəqətti olaraq atəşkəs rejiminə nəzarət edirlər.
Azərbaycan tarixi ərazisi olan yuxarı Qarabağ bölgəsinə nəzarəti də öz əlinə almaq üçün danışıqlar aparır. Bu danışıqlarda əsas tələblərdən biri qanunsuz erməni silahlı birləşmələrinin həmin ərazilərdən çıxarılması, yuxarı Qarabağda separatçılığa son qoyulmasıdır.

Azərbaycan və Ermənistan arasında sülh danışıqları Rusiyanın və Avropa İttifaqının vasitəçiliyi ilə aparılır.
44 günlük müharibədən iki il ötsə də, Ermənistan bölgədə yaranmış yeni reallıqlarla barışmaq istəmir, sülh danışıqlarını pozmağa çalışır, tez-tez revanşist bəyanatlar verir, itirdiyi torpaqları yenidən geri alacağını bildirir.
Təcavüzkar dövlət həm işğalda saxladığı yuxarı Qarabağda, həm də Azərbaycanla sərhəddə hərbi təxribatlara əl atır.

Ermənistanın ən əsas təxribatlarından biri Azərbaycan ərazilərini minalamaqdır. Baş verən hadisələr də göstərir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyində qonşu dövlətin ərazisini minalamaq istəyi xroniki xəstəliyə çevrilib.

Azərbaycan 2020-ci ilin payızında apardığı 44 günlük müharibədən sonra işğaldan azad edilmiş rayonlarını minalardan təmizləyib qurtara bilmir. 30 il ərzində işğal altında olmuş Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan, Cəbrayıl, Füzuli, Şuşa və Ağdam rayonlarının əraziləri başdan-başa mina tarlasına çevrilib. Azərbaycan torpaqlarında aşkar edilən minların markaları bu partlayıcı vasitələrin Ermənistanın özündə istehsal olunduğunu təsdiqləyir.
Ermənistan bu mənfur əməlini 44 günlük müharibə başa çatandan sonrakı 2 il ətrzində də davam etdirib. Yəni, Ermənistanın baş naziri Nikol Paşinyan Moskvada, Parisdə, Brüsseldə sülhdən danışarkən onun əsgərləri gizli şəkildə Azərbaycan ərazilərini minalayırdılar. 

2022-ci il avqustun 15-də Azərbaycanın Laçın şəhəri nəzarətə götürüldükdən sonra həmin ərazidə 1300-dən çox mina aşkarlanıb. Məlum olub ki, bu minalar 2021-ci ildə Ermənistanda istehsal edilib.

İşğalçı dövlət sonuncu mina təxribatını 2022-ci il sentyabrın 12-də gecə saatlarında həyata keçirdi. Həmin tarixdə Ermənistan silahlı qüvvələrinin diversiya qrupları gecə saatlarında dövlət sərhədinin müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı əraziləri və təminat yollarını minaladılar. Bu təxribat nəticəsində Azərbaycan Ordusunun 80 hərbçisi şəhid oldu, onlarla əsgəri yaralandı.


Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata görə, həmin təxribatdan sonra ərazidə aparılan minatəmizləmə işləri nəticəsində Ermənistanda istehsal edilmiş piyada əleyhinə 108 ədəd və tank əleyhinə 10 ədəd mina aşkar edilib.

Beləliklə, işğalçı ölkə təcavüzkar siyasətinin tərkib hissəsi olan minalama kimi faşist əməlindən əl çəkmədiyini bir daha sübut etdi.

Təəssüf ki, dünya ictimaiyyəti, o cümlədən Yaxın Şərq cəmiyyəti Ermənistan dövlətinin bu cür faşist əməli barədə kifayət qədər məlumatlı deyil.
Elə Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov da bunu nəzərə alaraq özünün “Twitter” səhifəsində yazıb:
“Ermənistanın mina qoymağa olan xroniki aludəçiliyi bütün razılaşmalara və əsas insan haqlarına ziddir. Bunun yalnız bir məqsədi var - mülki insanları öldürmək və sülh üçün tərəqqiyə zərbə vurmaq! Ermənistan qonşu torpağının işğalı kimi, digər pis, köhnə vərdişlərindən əl çəkməlidir”.

Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən, Ermənistan minalanmış ərazilərin xəritələrini Azərbaycana verməlidir. Amma işğalçı dövlət 2 ildir bundan yayınır.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən verilən məlumata görə, son iki ildə 70 minə yaxın mina və partlamamış hərbi sursat zərərsizləşdirilib. İndiyə kimi minaların partlaması nəticəsində Azərbaycanda 300-dən çox mülki şəxs və hərbçi həlak olub, yüzlərlə adam yaralanıb.

Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq platformalarda bildirib ki, hazırda bütün əraziləri minalardan təmizləmək olduqca çətindir, çünki buna həm fiziki imkanlar, həm da maliyyə resursu lazımdır. Prezident beynəlxalq dəstək istəyib.

Ermənistan Azərbaycan ərazilərində piyada əleyhinə minalar basdırmaqla 1949-cu il tarixli Cenevrə konvensiyalarının tələblərini pozub. İşğalçı dövlət indi də qonşu ölkənin ərazilərini minalamağı davam etdirməklə beynəlxalq ictimaiyyətə açıq hörmətsizlik nümayiş etdirir.

Qeyd:
 Yazı “Əqli Mülkiyyətçilərə Kömək” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi layihə çərçivəsində Yaxın Şərq mətbuatı üçün hazırlanıb.

Misir mətbuatındakı yazımız

Sudan mətbuatındakı yazımız

Sudan mətbuatındakı yazımız