Proje

Erməni goreşənliyi - Qəbiristanlıq vandallığı

Erməni goreşənliyi - Qəbiristanlıq vandallığı
6Oktyabr 202213:16

Ermənistan 30 il işğalda saxladığı Azərbaycan topaqlarında bir çox dəhşətli  vandalizm aktları töqədib. Təcavüzkarlar insanlığa yaraşmayan elə tükürpədici əməllərə əl atıblar ki, dünyanın heç bir vəhşiliyi ilə müqayisəyə gəlməz. Ermənilərin azərbaycanlılara məxsus kütləvi qəbiristanlıqları yerlə-yeksan etməsi bu sıradan olan vandalizmdir.

Müharibənin yazılmamış qaydaları var: hər necə olursa olsun, qəbiristanlıqlar toxunulmaz məkanlar sayılır. Amma Ermənistan 1988-1993-cü illərdə Azərbaycan torpaqlarının altıda bir hissəsini işğal edəndən sonra həmin yerlərdə ən vəhşi müharibə cinayətinə əl atmağı özünə rəva gömüş - məzarları kütləvi şəkildə dağıtmışdır. Dünyadakı hərbi münaqişə zonalarının heç birində belə dəhşətli mənzərə görə bilməzsən.

İşğalçıların müharibə cinayətləri Azərbaycanın 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək apardığı hərbi əməliyyatlardan sonra aşkar olundu. Azərbaycan işğal olunmuş torpaqlarının böyük hissəsini azad edəndən sonra orada törədilmiş müharibə cinayətlərinin ağır nəticələri üzə çıxdı. Məlum oldu ki, Ermənistan hakimiyyəti yaşayış evləri, məscidlər, tarixi abidələrlə yanaşı, məzarlıqları da viran qoyub. Məzarları dağıtmaq isə hətta vəhşiliyin, nifrətin hüdudlarının aşılması deməkdir.

Ermənilər azərbaycanlılalra məxsus qəbiristanlıqları dağıtmaqla kifayətlənməyiblər, həm də məzarlarda dəfn olunan ölüləri təhqir ediblər. Deməli, onlar üçün dini-mənəvi dəyər deyilən anlayış yoxdur.
Ermənistan silahlı bölmələri Azərbaycanın Ağdam rayonunu işğal etdikdən sonra buradakı Yusifcanlı kənd qəbiristanlığında səngərlər qazıblar. Onların qazdığı səngər iki bacının yanaşı məzarını bir-birindən ayırıb. Bunu həmin vəhşiliyi özündə əks etdirən foto bir daha təsdiqləyir.

Xainlər qəbiristanlıqlara kütləvi şəkildə minalar da basdırıblar. Onlara məlum idi ki, həmin torpaqların sahibləri gec-tez həmin yerlərə qayıdacaqlar. Buna görə də, məzarlıqları minalayıblar ki, dinc insanlar öz ölülərini ziyarətə gələrkən partlayışlar baş versin, ölüm-itim olsun.



Hazırda doğmalarının məzarlarını ziyarət edə bilməyən on minlərlə azərbaycanlı həmin yerlərin tezliklə minalardan təmizlənəcəyi günü səbirsizliklə gözləyir.

Azərbaycan Prezidenti İlham Əliyev xarici jurnalistlərlə verdiyi müsahibələrdə bildirib ki, ermənilərin məzarlıqları dağıtması ən böyük fəlakətdir.

“Bu gün onları müdafiə edən, arxalarında dayanan bəzi xarici dairələr qoy gözlərini açıb erməni vəhşiliyini görsünlər. Bizim bütün şəhərlərimiz, kəndlərimiz, tarixi abidələrimiz, məscidlərimiz, qəbirlərimiz dağıdılıb, misli görünməmiş vandallıq, barbarlıq törədilib. Biz isə ancaq öz torpaqlarımızı azad etmişik”.

Araşdırmalar göstərir ki, ermənilər məzarları dağıdarkən mərmərdən olan qəbir daşlarını Ermənistana daşıyıblar. İşğaldan azad edilmiş Cəbrayılın şəhər qəbiristanlığında bir dənə də olsun salamat qəbir qoymayan ermənilər həm də məzarları qazıb, ölmüş insanların kəllə sümüklərini çıxarıblar. Bəs özünə insan deyən varlıq niyə belə bir vəhşiliyə, goreşənliyə əl atıb? Cavab çox sadədir: məqsəd ölmüş insanların ağızlarında qızıl dişlərin olub-olmadığını yoxlamaq imiş. Ermənilər öz çirkin niyyətlərini həyata keçirmək üçün hətta ölülərdən belə intiqam alıblar. Onlar şəhid olmuş azərbaycanlı hərbçilərin qəbirlərini xüsusi qəddarlıqla dağıdıblar. Bu isə vandalizmin ən iyrənc təzahürüdür.
İndi buraya gələn azərbaycanlıların çoxu yaxınlarının məzarlarını tapa bilmir.

İşğalçılar eyni əməlləri işğaldan azad olunmuş Füzuli, Zəngilan, Laçın, Kəlbəcər rayonlarında da törədiblər.

Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə beynəlxalq ekspertləri, səfirləri, jurnalistləri hadisə yerinə dəvət edib.

“Mən əminəm ki, dünya müsəlmanları buna adekvat reaksiya verəcəklər. Mən bir çox müsəlman ölkələrindən bu məsələ ilə bağlı məktublar alıram. Biz işğal dövründəki erməni vəhşiliyi və erməni faşizmi ilə bağlı əməli işlər aparırıq, bütün dünyanı məlumatlandırırıq”, - deyə Azərbaycan Prezidenti bildirib.

Qeyd: Yazı “Əqli Mülkiyyətçilərə Kömək” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi layihə çərçivəsində Yaxın Şərq mətbuatı üçün hazırlanıb.

Mərakeş mətbuatındakı yazımız 

Misir mətbuatındakı yazımız