Proje

İlham Əliyevin sülh mesajları: ermənilər seçim etməlidirlər!

İlham Əliyevin sülh mesajları: ermənilər seçim etməlidirlər!
15Avqust 202300:03

30 ildən çoxdur ki, qonşu Ermənistanla münaqişə vəzyyətində olan Azərbaycan Respublikası bölgədəki gərginliyin tam aradan qalxması və dayanıqlı sülhün təmin olunması istiqamətində çalışmaları davam etdirir. Münaqişə tərəfləri beynəlxalq vasitəçilərin də iştirak etdiyi danışılqlarda hələ ki sülh müqaviləsinin imzalanmasına razılaşa bilmirlər.

30 illik işğaldan əziyyət çəkmiş Azərbaycan 2020-ci ildə baş vermiş müharibədən sonra regionda yeni reallıqlar yaradıb. Torpaqlarının böyük hissəsini güc yolu ilə Ermənistanın işğalından azad edən Azərbaycan, sülh sazişinin də prinsiplərini müəyyən edib: ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası, gücdən istifadə etməmə...
Sülh prosesinin müəllifi olan rəsmi Bakı 3 ildir ki, bu təklifi masa üzərinə çıxarıb. Təəssüf ki, danışıqlar məhz işğalçı dövlətin - Ermənistanın manipulyasiya cəhdləri səbəbindən uzanır.
Çünki Ermənstandakı bəzi qüvvələr və Azərbaycanın Qarabağ bölgəsində məskunlaşan erməni separatçıları hələ də inanırlar ki, itirdikləri əraziləri yenidən işğal edə biləcəklər.

Azərbaycan Prezidenti İlham Əliyev isə 2020-ci ildə baş vermiş 44 günlük müharibəni xatırladaraq deyib ki. onun xalqı heç vaxt işğalla barışmayacaq: “Biz ədaləti və ərazi bütövlüyümüzü bərpa etdik. Biz Ermənistanın torpağında savaşmadıq, öz torpağımızda vuruşduq, ərazilərimizi azad etdik və qələbə çaldıq. İndi isə biz sülh haqqında danışırıq”.

Hadisələrin gedişi isə göstərir ki, işğal etdiyi torpaqlardan əli üzülən Ermənistanın yeni reallıqları həzm etməsi hələ xeyli vaxt aparacaq. Bu baxımdan Ermənistan və Azərbaycanın Qarabağ bölgəsində məskunlaşan erməni separatçıları sülhə doğru səmimi addımlar atmaq əvəzinə, sülh proseslərini əngəlləməyə çalışırlar.

Son günlər Ermənistan siyasətinin əsas gündəliyini Azərbaycan ərazisində - Qarabağda yaşayan ermənilərin blokadaya alındığı və onların acından ölməsi ilə bağlı bütün dünyaya ünvanladıqları yalanlar təşkil edir. Onlar düşünürlər ki, ötən 30 il ərzində olduğu kimi, yenə də uydurulan yalanlarla beynəlxalq aləmi aldada biləcəklər.

Yeri gəlmişkən, bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” telekanalı vasitəsilə Ermənistana növbəti dəfə sülh mesajı ünvanlayıb.
“Bizim Ermənistana qarşı hər hansı bir ərazi iddiamız yoxdur. Biz onların da Azərbaycana qarşı ərazi iddialarının olmamasını istəyirik”, - İlham Əliyev deyib.

Hazırkı vəziyyət beynəlxalq vasitəçilərin də diqqət mərkəzindədir. Bir tərəfdə Avropa İttifaqı və ABŞ, digər tərəfdə isə Rusiya Ermənistan-Azərbaycan danışıqlarında vasitəçi missiyasını ələ almağa çalışır. Rəsmi Bakı isə sülh sazişi ilə yekunlaşa biləcək istənilən təşəbbüsü dəstəkləyəcəyini bəyan edib.

Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində beynəlxalq vasitəçilik mövzusuna da toxunub:
“Əslində, sülh prosesini kimin müəyyən dərəcədə inhisara götürəcəyi böyük fərq etmir. Bizim üçün razılığa gəlmək və nəticə əldə etmək vacibdir”.

İlham Əliyev Qarabağda yaşayan ermənilərə bir daha çağırış edib. O deyib ki, ermənilər Azərbaycanın Qarabağ bölgəsində yaşamaq istəyirlərsə, ya  ölkənin şərtlərini qəbul etməli, ya da çıxıb getməlidirlər.
Prezident Qarabağdakı erməniləri separatçıların girovu olmamağa səsləyib.
“Onlar ölkəmizdəki digər çoxsaylı milli azlıqlar kimi Azərbaycan vətəndaşları olaraq yaşayacaqlarına və ya Azərbaycanı tərk edəcəklərinə dair seçim etməlidirlər. Biz onlara seçim hüququ veririk”.

İlham Əliyev “Euronews” vasitəsilə dünyaya bəyan edib ki, Qarabağdakı ermənilər beynəlxalq hüquqa zidd olaraq nə qonşu Ermənistan dövlətinin vətəndaşları kimi, nə də heç kim tərəfindən tanınmayan separatçı “Dağlıq Qarabağ respublikası”nın vətəndaşları kimi Azərbaycan ərazisində yaşaya bilməzlər.
“Bu yanaşma separatizmə qarşı mübarizə aparan bir çox Avropa ölkələrində gördüyümüz təcrübəyə uyğundur”, - İlham Əliyev deyib.

“Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq normal həyat yaşayacaqlar…
Onlar başa düşməlidirlər ki, bizi saymamağa davam etsələr, bu gün olduqları vəziyyət onların xeyrinə dəyişməyəcək. Biz onlara normal həyat təklif edirik”, - deyə İlham Əliyev bildirib.

Azərbaycan Prezidenti Ermənistan rəhbərliyini səmimi olmağa, sülh müqaviləsinə imza atmağa çağırıb. Bəs bu çağırışların qarşılığında Baş nazir Nikol Paşinyanın hökuməti sülhə töhfə verəcəkmi? Rəsmi Bakı İrəvandan bu suala əməli cavab gözləyir...

Qeyd: Yazı “Əqli Mülkiyyətçilərə Kömək” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi layihə çərçivəsində Yaxın Şərq mətbuatı üçün hazırlanıb.

Mərakeş mətbuatında çıxan yazımız
Misir mətbuatında çıxan yazımız
Mavritaniya mətbuatında çıxan yazımız
Misir mətbuatında çıxan yazımız